“ADY Express” “Şimal-Cənub” marşrutu ilə dəmiryolu yükdaşımalarına start verib
Tarix: 30.08.2016 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Azərbaycan və İran arasında dəmir yolu əlaqəsi hələ mövcud olmasa da, “ADY Express” şirkəti “Şimal-Cənub” marşrutu ilə yükdaşımalara start verib.
 
Şirkətdən verilən məlumata görə, “ADY Express” ilk olaraq sıxılmış maye qaz – butadieni İrandan Rusiyaya nəql edib. Nəql prosesi tank-konteynerlər vasitəsi ilə həyata keçirilib. Şirkətdən bildirilib ki, artıq 60-dan çox belə tank-konteyner Azərbaycan ərazisindən keçməklə şimala göndərilib.
 
“Həmin konteynerlər İrandan Azərbaycana yük avtomobilləri ilə daxil olaraq, sonradan Astara dəmir yolu stansiyasında platformalara yüklənərək Rusiyaya göndərilib. Həmin yüklər isə bundan əvvəl dəniz vasitəsi ilə, İrandan Rusiyanın Həştərxan limanına nəql edilirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi fərman və sonradan Nazirlər Kabinetinin bu qərardan irəli gələn qaydaları təsdiq etməsi ilə ölkəmizdən xaricə, həmçinin əks istiqamətdə, Azərbaycan ərazisindən dəmir yolu ilə yükləri daşıyan xarici avtomobil nəqliyyatı vasitələri rüsum və yol vergisindən azad olunublar. Bu da öz növbəsində Azərbaycan ərazisindən yükdaşımaları ucuzlaşdırmaqla nəqliyyat dəhlizinə yüklərin cəlb olunması üçün əlverişli şərait yaradıb”, - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsi ilə yüklər Hindistan–İran körfəzi-İran–Azərbaycan–Rusiya-Skandinaviya dövlətləri/Şimali Avropa marşrutu ilə 14 gün ərzində nəql edilir. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info