Neftçalada “Dövlət-din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr” müzakirə olunub
Tarix: 30.08.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Neftçala rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Neftçala Rayon İcra Hakimiyyəti və “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr” layihəsi çərçivəsində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Neftçala Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Elnur Bağırov ölkəmizdə dövlət-din münasibətlərinin formalaşmasından, dövlətin din siyasətindən, bu istiqamətdə qəbul edilmiş qanunvericilik aktlarından danışıb. Azərbaycanın demokratik, hüquqi, unitar, dünyəvi respublika olduğunu diqqətə çatdıran E. Bağırov bütün dinlərin qanun qarşısında bərabər olduğunu, təhsilimizin dünyəvi xarakter daşıdığını diqqətə çatdırıb.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov dövlət-din münasibətlərinin tənzimlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlərdən, dünyəvi dövlətlərdə dinin dövlət işlərinə qarışmasının törətdiyi fəsadlardan bəhs edib və bununla bağlı konkret nümunələr göstərib.
İctimai Birliyin digər nümayəndəsi, jurnalist Seymur Verdizadə mövzu ilə bağlı ətraflı çıxış edərək tolerantlığın bizə ata-babalarımızdan miras qaldığını və bu ənənənin müasir dövrdə həm cəmiyyətimiz, həm də dövlətimiz tərəfindən qorunaraq davam etdirildiyini diqqətə çatdırıb. Sabitliyi pozmağa cəhd göstərən, buna meylli olan şəxslərə, ilk növbədə, elə cəmiyyətin özünün sərt cavab verdiyini vurğulayan natiq qeyd edib ki, firavan, müstəqil vətənimizi qorumaq hamımızın borcudur.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yusif Yusifli isə dövlətin bu sahədə gördüyü işlərdən, yürütdüyü ardıcıl və səmərəli siyasətdən danışıb. O, həmçinin bu məsələdə dövlətlə yanaşı, cəmiyyətin hər bir üzvünün fəal iştirakının zəruri, vətəndaşlıq və insanlıq borcu olduğunu deyib.
TUMİB mətbuat xidmətinin rəhbəri Səbinə Novruzzadə Azərbaycan gəncliyinin qarşısında mühüm vəzifələr dayandığını bildirib. S. Novruzzadə deyib ki, Azərbaycan gəncliyi yalnız işğal altında olan torpaqlarımız uğrunda canını fəda edə biləcəyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info