Şahdağ Turizm Mərkəzinə üç ayda 25 mindən çox turist gəlib
Tarix: 30.08.2016 | Saat: 19:48:00 | E-mail | Çapa göndər


Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzi bu yay mövsümündə rekord sayda turist qəbul edib. Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzə iyun ayından bəri 25 mindən çox turist gəlib.
İsti yay günlərində sərin havası və füsunkar təbiəti ilə seçilən Şahdağ Turizm Mərkəzini adətən, MDB ölkələri və Avropadan olan əcnəbi turistlər daha çox ziyarət edir. Bu yay mövsümündə isə ərəb ölkələrindən olan əcnəbi turistlərin də sayı artıb.

Ekstrimsevərlər üçün daha bir əyləncə - paraplanla uçuş

Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva AZƏRTAC-a müsahibəsində bildirib ki, Şahdağ Turizm Mərkəzinin qonaqları yay boyunca 20-ə yaxın müxtəlif əyləncə və idman oyunundan faydalanmaq imkanı qazanıblar. 
Hazırda adrenalin dolu əyləncələrin sayının artırılması istiqamətində işlər davam etdirilir. Belə ki, turizm mərkəzinə dəvət olunan mütəxəssislər burada paraplanla uçuşları reallaşdırmaq üçün müvafiq məşqlər keçirlər. Turistlərin ən çox sevdiyi əyləncə növlərindən sayılan paraplanla uçuşların Şahdağ Turizm Mərkəzində gələn yay mövsümündən başlayaraq həyata keçirilməsi nəzərdə tutulub.
Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, bob kart, seqvey, trotinetlər, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman və əyləncə növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistləri təlimatlandırırlar. Burada kiçikyaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün xüsusi qalalar da qurulub.

Dağ-xizək kurortların TOP-10 reytinq siyahısında ilk üçlükdə

Şahdağ Turizm Mərkəzi artıq xarici ölkələrdə də özündən söz etdirməyi bacarıb. Rusiyanın tanınmış “Forbes.ru” saytının tərtib etdiyi, rusiyalı turistlərin Avropada aktiv yay istirahəti üçün üstünlük verdiyi dağ-xizək kurortların TOP-10 reytinq siyahısında “Şahdağ” ilk üçlükdə yer alıb. 
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə olan “Şahdağ” Turizm Mərkəzində turistləri cəlb etmək üçün yay mövsümü boyunca müxtəlif əyləncəli tədbirlər təşkil edilir.
İyun ayında turizm mərkəzində keçirilən “Velosipedçilər günü” dağlıq ərazidə velosiped sürməyi sevənlərin ürəyincə olub. “Şahdağ” Turizm Mərkəzində hər səviyyə üçün - yeni başlayanlar, peşəkarlar və ekstrimi sevənlər üçün velocığırlar mövcuddur. Sürmə qabiliyyətindən asılı olaraq velosipedçilər başlanğıc nöqtəyə kanat yolları vasitəsilə, ekstrimə üstünlük verən peşəkarlar isə yüksəkliyə xüsusi avtomobillərlə çatdırılırlar.
Mərkəzdə təşkil olunan “Şahdağın hədiyyəsi” adlı kampaniya çərçivəsində turistlərə simvolik məbləğ ödəməklə, 3 fərqli əyləncədən istifadə etmək imkanı yaradılıb.

Xarici turizm şirkətləri işgüzar əlaqələr qurulur
“Şahdağ” Turizm Mərkəzi 2016-cı il aprel ayında Qazaxıstanın Almatı şəhərində (“KİTF 2016”) və BƏƏ-nin Dubay Əmirliyində (“ATM 2016”) təşkil olunan beynəlxalq turizm sərgilərində təmsil olunub. Dünya turizm media nümayəndələrinin, həmçinin turizm mütəxəssislərinin iştirak etdiyi sərgidə “Şahdağ” Turizm Mərkəzinin imkanları haqqında ətraflı məlumat verilib və reklam-çap məhsulları iştirakçılara təqdim olunub. Bu cür tədbirlərdə iştirakın əsas məqsədi Orta Şərq ölkələrinin yerli turizm şirkətləri ilə görüşlərin keçirilməsi və işgüzar əlaqələrin qurulmasıdır.

Yüksək səviyyəli otel xidmətləri

Hazırda “Şahdağ” Turizm Mərkəzində 6 otel fəaliyyət göstərir. Bunlar “Shahdag Hotel & Spa”, “Pik Palace”, “Park Chalet”, “Zirvə”, “Qaya Residences” və “Gənclər mehmanxanası”dır. Otel xidmətlərinin sayının artmasına və keyfiyyətinin günbəgün yüksəlməsinə baxmayaraq, qiymətlərdə kəskin dəyişiklik olmayıb. Ümumiyyətlə, müxtəlif növ əyləncələrdən istifadə etmək istəyənlər üçün qiymətlər təklif olunan xidmətlərə uyğun dəyişir.
“Şahdağ” Turizm Mərkəzində yay turizm mövsümünə sentyabr ayında yekun vurulacaq.
Dörd mərhələdə icra olunması nəzərdə tutulan istirahət mərkəzi layihəsi hələ ilk mərhələsində olmasına baxmayaraq, çoxsaylı əyləncəli xidmətlər turistlərin istifadəsinə verilib. Bununla yanaşı, qonaqlar 20 restoran, kafe və bar, müxtəlif mağazalar, SPA-mərkəzi, sağlamlıq və fitnes mərkəzi, 3 konfrans zalı və avtodayanacaqdan da yararlanırlar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info