İçərişəhərdə “Novruz bayramı“ festivalı keçiriləcək
Tarix: 15.03.2013 | Saat: 21:51:00 | E-mail | Çapa göndər


“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Novruz bayramı" festivalı keçirəcək. İdarədən verilən məlumata görə, festival 4 gün ərzində - martın 20-dən 23-dək davam edəcək və Qoşa Qala Qapısı Meydanında "Meydan bazarı" təşkil olunacaq.
Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər. Rəngarəng konsert proqramında bütün janrlar nəzərə alınıb, kəndirbazlar, sehrbaz və pəhləvanlar öz məharətini göstərəcək, bədii və tarixi personajlar, Novruz bayramının əsas qəhrəmanları hesab olunan kosa və keçəlin iştirakı bayram əhvali-ruhiyyəsini daha da artıracaq. Konsert proqramında muğamla yanaşı, mahir ifaçıların çıxışında klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səslənəcək. Novruz tədbirləri İçərişəhərlə eyni vaxtda mart ayının 20-21-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da təşkil olunacaq. Burada şəraitin üstünlüyü nəzərə alınaraq milli oyunların keçirilməsi planlaşdırılıb. "Qala" Qoruğunda keçiriləcək Novruz tədbirləri ilə əlaqədar martın 20-21-də İçərişəhərdən - Qoşa Qala Qapıları qarşısından yola düşəcək nəqliyyat vasitələri festivalda iştirak etmək istəyən qonaqlara pulsuz xidmət göstərəcək.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info