“Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” mövzusunda tədbir keçirilib
Tarix: 30.08.2016 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


“Beynəlxalq Gənclər Günü münasibəti ilə “Əlilliyi olan gənclərin cəmiyyətə inteqrasiyası” adlı tədbir keçirilib. 
 
Tədbir Sabunçu rayonu 1 saylı Sağlamlıq İmkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi tərəfindən təşkil olunub.
 
GİN-in mətbuat xidmətindən verilən məlumata görə, 50-dən çox fiziki məhdudiyyətli gəncin iştirak etdiyi 3 hissəli tədbirdə iştirakçılar arasında “Breyn rinq”, şahmat və dama çempionatları keçirilib.
 
Tədbirin ikinci günü layihə iştirakçıları Respublika Stend Atıcılığı İdman Kompleksində təşkil olunmuş atıcılıq yarışlarında qüvvələrini sınayıblar.
 
Yarışlar zamanı iştirakçılar üçün “Səs Azərbaycan” şousunun iştirakçıları tərəfindən konsert proqramı da təşkil edilib. Tədbir ziyafətlə davam edib.
 
Daha sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
 
Qaliblərə diplom və qiymətli hədiyyələr, bütün tədbir iştirakçılarına isə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info