Badamdar qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Tarix: 30.08.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Azərbaycan hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi “Bakı ərazisi üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində Badamdar qəsəbəsində yeni infrastrukturun yaradılması işləri intensiv şəkildə həyata keçirilir.
 
“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Badamdar qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi 2035-ci ilədək perspektiv inkişaf  nəzərə alınmaqla reallaşdırılır. Qəsəbəni dayanıqlı içməli su ilə təmin etmək üçün ”Alatava” mərkəzi su anbarının imkanlarından istifadə olunacaq. Həmin anbardan suyun Badamdar qəsəbəsində yeni inşa olunmuş anbara çatdırılması üçün 1000 mm diametrli polad borularla 9,8 km uzunluğunda magistral su xəttinin çəkilməsi layihələndirilib və indiyə qədər kəmərin 4 km-lik hissəsində tikinti-quraşdırma işləri başa çatdırılıb.
 
Magistral kəmərin uzunmüddətli istismarını təmin etmək üçün tikintidə istifadə olunan boruların üzəri korroziyaya qarşı izolyasiya olunub. Kəmərlə axıdılacaq içməli suyun keyfiyyət göstəricilərinin sabit saxlanılması üçün borular daxildən qida sənayesində istifadəsinə icazə verilən xüsusi boyalarla izolyasiya edilib.
 
Kəmərin inşası ilə paralel “Alatava” su anbarındakı mövcud nasos stansiyasında əsaslı yenidənqurma işləri həyata keçirilir. Hazırda qəsəbə ərazisində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi işləri də davam etdirilir. Tikinti şirkəti tərəfindən indiyədək 25 km su, 16 km kanalizasiya xəttinin çəkilişi başa çatdırılıb, 474 kanalizasiya quyusu quraşdırılıb, ünvanlara birləşmələr verilib. Növbəti mərhələdə su şəbəkəsinə qoşulmaların verilməsi və sayğacların quraşdırılması işlərinin aparılması nəzərdə tutulur.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması planlaşdırılır.
 
Bununla da Badamdar qəsəbəsində istehlakçıların fasiləsiz su təminatı mümkün olacaq, eyni zamanda mərkəzləşdirilmiş qaydada su və kanalizasiya şəbəkələrinə qoşulmayan əhalinin bu xidmətlərindən istifadəsi imkanı yaranacaq. 




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
22.01.2019
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
22.01.2019
Sumqayıt Kimya Sənaye Parkında bu il daha 5 müəssisə istismara veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info