Tələbələr Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı ilə tanış olublar
Tarix: 30.08.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti (NDU) və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə universitetin bir qrup tələbəsinin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına gəzintisi təşkil olunub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək, belə tədbirlərin doğma yurdun fauna və florası ilə yaxından tanışlıq, bu sahədəki bilikləri artırmaq baxımından zəruri olduğunu vurğulayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Şövqi Əliyev tələbələrə Zəngəzur Milli Parkı haqqında geniş məlumat verərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il iyunun 16-da imzaladığı Sərəncam ilə Ordubad rayonunun inzibati ərazisinin 12 min 131 hektar sahəsində Ordubad Milli Parkı yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il noyabrın 25-də imzaladığı digər Sərəncam ilə Ordubad Milli Parkının ərazisi Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına genişləndirilərək sahəsi 42 min 797,4 hektara çatdırılıb. Həmin sərəncamla milli parkın adı dəyişdirilərək Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb. Milli parkla yanaşı, xüsusi mühafizə olunan təbiət ərazisinin 27 min 870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Bu parkın ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən iqlimi var. Ərazinin torpaq örtüyü müxtəlifdir.
1990-cı illərdə quru torpaq sahələri olan ərazilər hazırda yaşıllıqlarla əvəz olunub. Bu da muxtar respublikada bütün sahələrlə yanaşı, ekologiyanın da inkişafının göstəricisidir.
Sonra parkın Culfa rayonunun Boyəhməd kəndi ərazisindəki infrastruktur obyektləri və buradakı muzeylə tanışlıq olub. Tələbələrə buradakı bitki və heyvan növləri, eləcə də bölgənin “Qırmızı kitab”a daxil edilən zəngin flora və fauna nümunələri, dərman bitkilərindən hazırlanan ekstraktlar, faydalı qazıntılar, o cümlədən nəsli kəsilməkdə olan heyvanları haqqında məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info