“Birinci informasiya”: “Gümrü bazarında alıcı yoxdur”
Tarix: 30.08.2016 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


“Gümrüdə yaşayış üçün heç bir şərait yoxdur. Yaxşı yaşamaq üçün işləmək lazımdır, iş isə yoxdur. Yerli əhali çıxış yolunu Gümrünü tərk etməkdə görür. Mən özüm bütün bunların şahidiyəm. Əgər şəhərdə adam qalmayıbsa, bazara kim gələcək?”
“Təbii ki, bazarlıq etmək üçün işləmək lazımdır. Lakin Gümrüdə iş yerləri çox azdır”. Bu fikirlər Gümrünün mərkəzi bazarında satıcılarla həmsöhbət olan “Birinci informasiya” saytınin əməkdaşının qeydidir. Əməkdaşın sözlərinə görə, onlar həsrətlə keçmişi, bazarda alıcıların çox olduğu vaxtları xatırlayırlar. Sayt əməkdaşı yazır ki, indi vəziyyət tamamilə dəyişib, bazara alıcılar nadir hallarda gəlirlər. Gümrü bazarındakı satıcılarından biri sayta bildirib: “Axı Gümrüdə yaşayış üçün heç bir şərait yoxdur. Yaxşı yaşamaq üçün işləmək lazımdır, iş isə yoxdur. Yerli əhali çıxış yolunu Gümrünü tərk etməkdə görür. Mən özüm bütün bunların şahidiyəm. Əgər şəhərdə adam qalmayıbsa, bazara kim gələcək?”. Qeyd edək ki, dolanışığını ancaq üzüm yetişdirib satmaqla təmin edən Ararat rayonunun Kaxçiraşen kəndinin sakinləri də də alıcıların yoxluğu üzündən ciddi problemlərlə üzləşiblər. Kənd əhalisi üçün əsas alıcı rolunu oynayan “Vinar” şərabçılıq zavodu heç ötən il aldığı məhsulun pulunu ödəməyib. Bu problemlə üzləşən kəndlilər məhsulu yığıb şərabçılıq zavoduna verməkdənsə, məhsulun ağacda qalıb qurumasına daha çox üstünlük verirlər. Kəndli Zakar Petrosyan “Epress.am” saytına bildirib ki, yetişdirdiyi 4 tona qədər üzümü bazarda satmağa çalışacaq: “Çətin də olsa, yığdığım üzümü bazarda satmağa çalışacağam və əgər alıcı olmasa, hamısını zibilliyə atacağam”. Petrosyan deyib ki, onsuz da şərabçılıq zavoduna verəcəyi məhsula görə pul ala bilməyəcək. Belə ki, zavoddan məhsul müqabilində alacağı cüzi pul da əvvəlki illərdəki kimi, borc şəklində zavodun yaxasından “asılacaq”: “Bundan sonra mənim vaxtımın çoxu üzümün pulunu tələb etmək üçün hökumət binası qarşısında keçəcək. Ən yaxşısı, bazarda sata bilmədiyim məhsulu tullamaqdır”. Qeyd edək ki, il ərzində Kaxçeraşen kəndinin sakinləri hökumət binası və Ermənistan prezidentinin ofisi qarşısında piket keçirmək, məktəbdə dərsləri pozmağa cəhd göstərmək hesabına şərabçılıq zavoduna satdıqları məhsulun dəyərinin çox cüzi hissəsini almağa nail ola biliblər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib
23.05.2019
Ermənilərin 45 faizi işsizliyi əsas problem hesab edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info