Qaçqın uşaqlar Almaniyada niyə “itkin” düşür?
Tarix: 30.08.2016 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Son günlər ən çox müzakirə olunan mövzulardan biri də Almaniyada “itkin” düşən qaçqın uşaqların narkotik vasitələrin qanunsuz satışı ilə bağlı olan mafiya və radikal qrupların əlinə düşməsi ilə bağlıdır. Alman Uşaqlara Kömək Təşkilatı hökumətdən təsirli tədbirlər görülməsini istəyir.
Yanlarında yetkin insan olmadan Almaniyaya gələrək itkin düşmüş qaçqın uşaqların sayının 9 mindən çox olduğu açıqlanıb. Onlardan min nəfəri 13 yaşından kiçik olan həmin itkin düşən uşaqların cinayət təşkilatlarının əlinə düşdüyü bildirilir. Alman Uşaqlara Kömək Təşkilatının mətbuat spikeri Uwe Kamp “Deutsche Welle”-yə itkin düşən qaçqın uşaqlarla əlaqədar bildirib ki, Federal Təhlükəsizlik Təşkilatı iyul ayında açıqladığı rəqəmlərdə düzgün qeydlərin olmaması, məlumatların toplanmasında edilən səhvlər və uşaqlardan bəzilərinin Almaniyadakı qohumlarının yanına getmiş olmaları da mümkündür: “İtkin düşənlərin dəqiq sayının açıqlanan rəqəmdən aşağı olduğunu güman edirik, ancaq nə qədər aşağı olduğunu bilmirik. Noyabr ayında qüvvəyə minən köməksiz uşaqların bölüşdürülməsi ilə əlaqədar qanuna görə uşaqlar ilk olduqları yerdə qalmır və paylama zamanı itkilər olur”.
Uşaq qaçqınlara baxmaqla bağlı öhdəlik götürən mərkəzlərin qeyri-kafi fəaliyyətinə gəldikdə isə Uwe Kamp bildirib ki, mütəxəssis çatışmazlığı var: “Uşaqlara kömək quruluşlarında çalışanlar hər uşağa lazım olduğu qədər vaxt ayırmır. Təkbaşına Suriya, Əfqanıstandan qaçan uşaqlar Almaniyaya gəldiklərində fiziki və ruhi baxımlardan yorğun düşmüş olurlar. Əvvəlcə Aralıq dənizi üzərindən gələnlər qorxunc şeylər danışmağa başlayırlar. Bu səbəbdən onlarla daha çox maraqlanmaq lazımdır. Uşaqlar həmsöhbət tapa bilmirlər, ya da onlarla lazım olduğu qədər maraqlanmırlar”. “Diqqətsizlik nəticəsində onlar başqa istiqamətə yönələ bilərmi?” sualına cavab olaraq Uwe Kamp bildirib ki, 13, 14, ya da 15 yaşındakı uşaqlar dilini bilmədikləri və yoldaşlarının olmadığı xarici bir ölkədə pis insanların tələsinə düşə bilirlər. Narkotik satanlar, ya da radikal təşkilatlar bu vəziyyətdən faydalanaraq uşaqları aldatmağa çalışırlar. Uwe Kamp qeyd edir ki, uşaqların vəziyyəti son dərəcə çətindir: “Çox vaxt qaçmaq üçün qohumları pul yığır və uşaqlar da bunu bilirlər. Onlara etibarlı bir ölkəyə sığınıb daha sonra ailələrini yanlarına aldırmalarının nə qədər əhəmiyyətli olduğu tapşırılır. Yaxud özlərinin pul qazanıb ölkələrində qalan ailələrinə kömək etmələri tələb olunur. Bu da uşaq və gənclərin necə təzyiq altında olduğunu göstərir”. Almaniya Daxili İşlər Nazirliyi bu yaxınlarda itkin qaçqın uşaqların istismar edildikləri və fahişəlik, ya da narkotik satmağa məcbur edildikləri ilə bağlı hər hansı bir məlumata malik olmadıqlarını açıqlayıb. Uwe Kamp deyib ki, bu, böyük bir problemdir: “Bu vəziyyətdəki uşaqların sıx şəkildə axtarılmadığını cinayət təşkilatları da bilir. Uşaqları böyük təhlükələr gözləyir. Daxili İşlər Nazirliyinin siyasi bir mesaj verməsi və “İtkin düşən uşaqlardan xəbərimiz var, axtarılmalarına böyük əhəmiyyət veririk, heç kim axtarmadığımızı düşünməsin, o uşaq bizim üçün yalnız rəqəmdən ibarət deyil” deməlidir”.
Cinayət təşkilatlarının əlinə düşən uşaqları alman cəmiyyətinə necə qaytarmağın yollarından danışan Uwe Kamp bildirib ki, uşaq və gənclərə kömək təşkilatlarının təsirli bir şəkildə işləyə bilməsi üçün büdcələrinin və işçi sayının artırılması vacibdir.
Dövlətin bu istiqamətdə nə edə biləcəyinə gəldikdə isə Uwe Kampın sözlərinə görə, yetkinlik yaşına çatmayan qaçqın uşaqlar üçün Avropa qeydiyyat sistemi hazırlanması təklifi ilə çıxış ediblər: “Almaniyada polis və rəsmi orqanların Qırmızı Xaç və gənclərə kömək birlikləri ilə daha yaxşı əməkdaşlıq etməsi təmin edilə bilər. Bu, eyni zamanda bütün Avropanı maraqlandıran bir problemdir. Bu baxımdan Haaqa Avropa Polis Təşkilatında mərkəzi qeydiyyat sistemi hazırlanmasını və bu sistemə Avropa Birliyi Uşaq Hüquqları Nümayəndəliyinin də daxil edilməsini təklif edirik”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info