Güləşçilərimiz Dünya Çempionatında
Tarix: 30.08.2016 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Fransanın Makon şəhərində gənclər arasında güləş üzrə Dünya Çempionatı başlayır. Azərbaycan Güləş Federasiyasından bildiriblər ki, çempionatda güləşin hər üç növü üzrə yığma komandalarımız mübarizə aparacaqlar. Mötəbər turnirin ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Azərbaycanı böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilov (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcəklər. Yarışın ilk günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaqlar. Çempionatda Ziyad Zeynalovun ilk rəqibi ermənistanlı Sergey Simonyan olacaq. Mikayıl Rəhmanov çinli Kaiven Bai, Zubair Dibirov Gürcüstan təmsilçisi Temuri Tçkuaselidze, Nizami Şəmilov isə Xorvatiya pəhləvanı Vjekoslav Luburiç ilə qarşılaşacaqlar. Gənc qızların yarışında dörd güləşçimiz mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıblar. Qızlarımız sentyabrın 1-2-də xalça üzərinə çıxacaqlar. Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcəklər. Heyətdə Əlabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yer alıblar. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək. Mundiala sentyabrın 4-də yekun vurulacaq.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci tura yekun vurulub
19.08.2019
Masallıda mini-futbol üzrə açılış mərəsimi keçirilib
19.08.2019
“Paris Sen-Jermen” klubu ikinci turda məğlub olub
19.08.2019
“Çelsi” ardıcıl iki oyunda qələbə qazana bilməyib
19.08.2019
Fərid Çexiya liqasındakı oyunda fərqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info