AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib
Tarix: 30.08.2016 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub.
1. “Danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası” ilə bağlı Bəyannamə qəbul olunsun. Peşəkar futbolla bu və ya digər şəkildə məşğul olan hər bir şəxs Bəyannaməni imzalamaqla müvafiq öhdəlik götürsün. Bəyannamə AFFA tərəfindən müvafiq futbol strukturlarına təqdim olunsun.
2. Birinci divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunsun.
3. AFFA-nın təsisçiliyi ilə Futbolun İnkişaf Fondu yaradılsın. Qurumun İdarə Heyəti bütövlükdə AFFA-nın İcraiyyə Komitəsinin heyətindən təşkil olunsun. Futbolun İnkişaf Fondunun hüquqi məsələlərinin həlli və təşkilati işlərin həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.
4. 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rafiq Mirzəyevin öz istəyi ilə istefası qəbul olunsun. U-17 Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinin müvəqqəti icrası Vüqar Məmmədə həvalə olunsun.
5. UEFA-nın tövsiyəsinə əsasən 2017-2018-ci il mövsümündə futbol yarışlarında iştirak etmək üçün lisenziya qaydalarına dəyişikliklər haqqında təkliflər tanış olmaq və münasibət bildirmək üçün İcraiyyə Komitəsinin üzvlərinə təqdim olunsun. İcraiyyə Komitəsinin üzvləri təkliflərini AFFA-nın baş katibliyinə təqdim etsin.
6. Futbol veteranları Boris Xetaqurov və Adil Nadirova AFFA-nın təqaüdü verilsin.
Mərkəzdə AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki ilə görüşüb. Robert Prosineçki millinin hazırlıq prosesi barədə məlumat verib, komandada yüksək əhvali-ruhiyyənin hökm sürdüyünü deyib. AFFA prezidenti Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək San Marino - Azərbaycan oyununda millimizin qələbə qazanacağına ümidvar olduğunu bildirib, komandaya uğurlar arzulayıb. Daha sonra prezident Rövnəq Abdullayev Azərbaycan milli komandasının futbolçuları ilə görüşüb. R.Abdullayev seçmə mərhələ oyunlarının son dərəcə vacib olduğunu bildirib, bütün futbolçuların qarşılaşmalara yüksək səviyyədə köklənməsinin önəmini vurğulayıb. Baş məşqçi ilə ayrıca görüşdüyünü qeyd edən assosiasiya prezidenti komandaya böyük ümidlər bəslədiyini qeyd edib. Nazir Elmar Məmmədyarov, İskəndər Cavadov, Vaqif Sadıqov və Qurban Qurbanov çıxış edərək futbolçulara uğurlar arzulayıb. Millinin kapitanı Rəşad Sadıqov AFFA rəhbərliyinə xoş arzulara görə təşəkkür edib, dünya çempionatının seçmə mərhələsinin ilk oyununda San Marino yığmasına qalib gəlmək üçün bütün futbolçuların böyük əzmlə hazırlaşdığını, komandada yüksək əhvali-ruhiyyənin olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info