Orijinal olmayan telefonların istifadəsi qadağan ediləcək
Tarix: 15.03.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sisteminin (MCQS) təqdimatı keçirildi. Sistem nazirliyin Məlumat Hesablama Mərkəzində Nazirlər Kabinetinin 28 dekabr 2011-ci il tarixli 212 nömrəli qərarı ilə təsdiq edilən “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na uyğun yaradılıb. Mobil cihazların qeydiyyat sisteminin yaradılması “İnformasiya-kommunikasiya ili” çərçivəsində həyata keçirilən tədbirlər sırasındadır.

Bir müddət «klonlaşmış» telefonların da işinə icazə veriləcək

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirdi ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) işə düşəndən sonra bir müddət ərzində hətta «klonlaşmış» telefonların da işinə icazə veriləcək. “Klonlaşmış” telefon - məşhur modellərin digər ölkələrdə hazırlanmış orijinal olmayan nüsxələri sayılır. Onun sözlərinə görə, belə telefonlar yalnız mayın 1-dək istifadə edildiyi mobil nömrə ilə işləyə biləcək. İstifadəçi nömrəsini dəyişəndə bu telefona xidmət dayandırılacaq: «Səbəb odur ki, o telefonlar orijinal deyil». Nömrə dəyişməsə, telefonun istismar müddəti başa çatanadək ondan istifadə etmək mümkün olacaq. İ.Məmmədov bildirdi ki, görülən tədbirlər nəticəsində artıq bir neçə ildən sonra mağazalardakı telefonların hamısı orijinal olacaq, çünki orijinal olmayan telefonların istifadəsi qadağan ediləcək. Qonşu ölkələrdən fərqli olaraq, Azərbaycanda mobil telefonların qeydiyyat sisteminə daxil edilməsi pulsuz həyata keçiriləcək.
Yeni qaydalar təkcə mobil telefonlara deyil, eləcə də SIM kart qəbul edə bilən bütün cihazlara, o cümlədən planşetlərə də şamil ediləcək. Bildirildi ki, «Mobil cihazların qeydiyyatının aparılması Qaydası»na görə, MCQS-də qeydə alınan mobil cihazlar qanuniliyinə görə bir neçə kateqoriyaya bölünəcək. Ağ siyahıya daxil olanlar qanuni qeydiyyata alınan və leqal şəkildə istifadə edilən, qara siyahıya isə oğurlanmış, ölkəyə qaçaq yolla gətirilmiş, qeydiyyata alınmayan və araşdırma nəticəsində sahibi bəlli olmayan və s. telefonlar olacaq. Bundan başqa, digər ölkələrdə oğurlanmış mobil telefonlar da qara siyahıda olacaq.
Nəticədə, xaricdə oğurlanıb Azərbaycana gətirilən mobil telefonlardan istifadə etmək mümkün olmayacaq. Boz siyahıya isə ölkəyə may ayının 1-dən sonra gətirilən və hələlik qeydiyyatdan keçməyən telefonlar və ya uzun müddətdir ki, vətəndaşların evində olan, amma hələ istifadə olunmayan telefonlar daxil ediləcək. Vətəndaşlar xüsusi müraciət məntəqələrinə bu telefonlar barədə məlumat verməli və bu telefonun mənşəyi araşdırılmalıdır. Əgər problem olmasa, bu telefonlar da ağ siyahıya daxil ediləcək və onların istifadəsinə imkan veriləcək. Vətəndaş belə telefonunu 1 ay müddətinə qeydiyyata aldırmasa, bir ayın tamamında həmin telefon qara siyahıya daxil ediləcək.

Mobil cihazların
qeydiyyat sistemi mayın 1-dən işə başlayacaq


Həmçinin bidirildi ki, Azərbaycanda Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən mobil cihazların qeydiyyatına may ayının 1-dən etibarən başlanacaq. Yeni sistem RİTN-in Məlumat Hesablama Mərkəzində yaradılıb. Artıq bu ilin martın 1-dən etibarən Azərbaycanda istifadə olunan mobil cihazların IMEI nömrələri barədə məlumatlar mobil operatorlar tərəfindən gündəlik olaraq mərkəzi baza sisteminə təqdim olunur. Məlumatlar tam toplandıqdan, onlar üzərində müvafiq təhlillər aparıldıqdan və şəbəkə bütünlüklə analiz edildikdən sonra MCQS tam gücü ilə mayın 1-dən fəaliyyətə başlayacaq. O da vurğulandı ki, qeydiyyat sistemi istismara başladığı tarixədək şəbəkədə istifadə edilən bütün mobil cihazların IMEI nömrələri qeydiyyata alınmış hesab ediləcək və onların şəbəkədə maneəsiz işləməsinə heç bir problem yaradılmayacaq. Ölkə vətəndaşları mobil cihazlardan *#06# yığmaqla onun IMEI nömrəsini öyrənə biləcək. Bundan başqa, yaradılacaq xüsusi internet səhifəsi vasitəsilə abunəçilər istifadə etdikləri mobil cihazların IMEI nömrələri ilə cihazların orijinallığını müəyyənləşdirə biləcək və əlavə məlumat ala biləcəklər. MCQS istismara verildikdən sonra şəxsi istifadə məqsədilə ölkə ərazisinə gətirilərək istifadə olunan (yerli operatorların SIM kartları ilə) bütün mobil cihazların IMEI nömrəsi istifadəyə başlanandan sonra 30 gün ərzində sistemdə qeydiyyata alınmalıdır. Müəyyən mənada bank debit/kredit kartlarının bloklaşdırma prinsipinə oxşar olan bu qeydiyyat sistemi vasitəsilə oğurlanmış və itirilmiş mobil telefonlar bloklaşdırılacaq və onların Azərbaycanda istifadəsi mümkünsüz olacaq. Bunun üçün telefon sahibinin mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə müraciət etməsi kifayət edəcək. Həmçinin, oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq «qara siyahıya» salınaraq onun dünyanın bir çox ölkələrində istifadəsinin qarşısı alınacaq. Qeyd edək ki, artıq bir çox ölkələr MCQS-in tətbiqinə üstünlük verir. ABŞ, Türkiyə, Hindistan artıq bu sistemi tətbiq edib. Avropa Birliyi ölkələrində oğurluq telefonların mobil rabitə şəbəkələrində istifadəsinin qarşısının alınması üçün xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Məsələn, bu sistemə 2001-ci ildən indiyədək Böyük Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb. Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə azalıb. Türkiyədə MCQS tətbiq edilənə qədər 3 il ərzində mobil telefonlarla bağlı 7 qətl hadisəsi, 31,2 min oğurluq faktı qeydiyyata alınıb. IMEI kodların tətbiqindən sonra mobil telefonlarla bağlı cinayətlərin sayı kəskin azalıb. Küçələrdə törədilən cinayətlərin əksəriyyətində mobil cihazların ən qiymətli əşya olduğunu nəzərə alaraq Rusiya da MCQS-in tətbiqini planlaşdırır.
Onu da qeyd edək ki, bu qayda mobil telefonlarına rouminqdə xidmət göstərilən Azərbaycana gələn turistlərə və qonaqlara aid edilmir. Azərbaycanda yaradılacaq qeydiyyat sistemi mobil rabitə operatorlarının avadanlıqlarının qoşulduğu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya-Hesablama Mərkəzində (İHM) yerləşəcək. Mərkəzi bazalar, habelə Dövlət Gömrük Komitəsində və Naxçıvan Muxtar Respublikasında da yaradılacaq. Sistemin proqramı yerli mütəxəssislər tərəfindən hazırlanıb. İ.Məmmədov onu da bildirib ki, Azərbaycanda mobil telefonların IMEI kodlarının qeydiyyatı xidməti pulsuz olacaq.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info