“Şahdəniz 3” üzrə qaz ehtiyatları 500 milyard kubmetr həcmində proqnozlaşdırılır”
Tarix: 31.08.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı işini dünən davam etdirib.
Konfransın ikinci günündə Azərbaycan, Türkiyə, ABŞ, Çin, Koreya Respublikası, Qazaxıstan, Avstriya, Ukrayna və Yaponiyadan olan ekspertlərin mühazirələri dinlənilib. Sessiyalarda Xəzər regionunda ucuz enerji qiymətləri fonunda alternativ və bərpa olunan enerji layihələrinin inkişafı perspektivləri, davamlı inkişaf üçün enerji siyasəti, elektrik enerjisi sahəsində iş birliyi, enerji səmərəliliyi və saxlanılma yerləri, həmçinin alternativ və bərpa olunan enerji mənbələri üzrə regional strategiya kimi məsələlər nəzərdən keçirilib. Atlantik Şuranın (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts konfransındakı çıxışında deyib ki, Xəzərin Azərbaycan sektorunda “Şahdəniz 3” layihəsi üzrə təbii qaz ehtiyatlarının 500 milyard kubmetr həcmində olacağı nəzərdə tutulur. O bildirib ki, “Şahdəniz 1” və “Şahdəniz 2” layihələri üzrə ümumilikdə 1,2 trilyon kubmetr həcmində ehtiyatlar var. 2018-2025-ci illərdə hər iki layihə üzrə ildə ümumilikdə 25 milyard kubmetr həcmində qaz ixrac etmək mümkün ola bilər.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info