Frankofoniya günü qeyd olundu
Tarix: 16.03.2013 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Frankofoniya günü ilə əlaqədar tədbir keçirildi.
Tədbir başlanmazdan əvvəl Azərbaycanın və Fransanın dövlət himnləri tələbələr tərəfindən ifa edildi. Azərbaycan və Fransa arasında sıx əməkdaşlığı əks etdirən, ötən illərdə universitetdə keçirilən frankofoniya tədbirlərindən bəhs edən slaydlar nümayiş olundu. Tədbirdə çıxış edən universitetin rektoru, akademik İsa Həbibbəyli, fransız dilinin dünyada qəbul olunan altı beynəlxalq dildən biri olduğunu, xarici dillərin öyrənilməsinin vacibliyini və fransız dilinin universitetdə yüksək səviyyədə tədris olunduğunu bildirərək, bu dilin dərindən öyrənilməsində tələbələrə uğurlar arzuladı.
Frankofoniyanın tarixi haqqında universitetin fransız ixtisası üzrə təhsil alan III kurs tələbəsi Gülsüm Quliyeva məlumat verdi.
Bədii hissədə fransız ixtisası üzrə II kurs tələbələri Ruxsarə Qurbanova S.Vurğunun “Azərbaycan”, Nurcan Əliyeva H.Cavidin “Mən səma şairiyəm” şeirlərini fransız dilində ifa edib, həmçinin tələbələr səhnəciklər göstərib, mahnılar ifa etdilər. Sonda Azərbaycan şairi, yazıçı və dramaturqu H.Cavidin “Şeyda” pyesindən parçalar tələbələrin ifasında nümayiş olundu.
Mina QASIMOVA
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
Prezident Bakı Metropoliteninin əsaslı şəkildə yenidən qurulan “Bakmil” stansiyasında yaradılan şəraitlə tanış olub
26.03.2019
Şahbuzda çoxmərtəbəli yaşayış binası inşa olunur
26.03.2019
Bayramdan sonra ilk iş gününün havası: yağmursuz, küləkli
26.03.2019
Qubanın Qırız kəndinə 20 santimetr qar yağıb
25.03.2019
Culfada yeni meyvə bağları salınır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info