Əli Həsənov: “Beynəlxalq təcrübə Konstitusiya dəyişikliklərinin həm zəruri, həm də faydalı olduğunu göstərir”
Tarix: 31.08.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Bakıda “Referendumqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda seminar-müşavirə keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Mərkəzi Seçki Komissiyasının (MSK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən seminar-müşavirədə çıxış edən MSK sədri Məzahir Pənahov sentyabrın 26-na təyin olunmuş referendumla bağlı MSK-nın Təqvim Planının hazırlandığını bildirib. MSK sədri qeyd edib ki, referendumda əsas tərəflərdən biri KİV nümayəndələridir: “Çünki bu tədbirlərdə bütün referendum subyektləri arasında əsas rol KİV-in üzərinə düşür. Bütün ölkəmiqyaslı tədbirlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında medianı əvəz edəcək digər bir vasitə yoxdur. Bu baxımdan bugünkü tədbirə xüsusi əhəmiyyət veririk”.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, müstəqillik illərində ölkəmiz seçki və referendumların keçirilməsində böyük təcrübə qazanıb. Referendum Aktı layihəsi barədə məlumat verən Əli Həsənov deyib ki, dünyanın hər bir ölkəsində Konstitusiya zamanı gəldikdə dəyişikliklərə məruz qalır. İstər aparıcı Qərb dövlətlərinin, istərsə də qonşu ölkələrin təcrübələri bu dəyişikliklərin həm zəruri, həm də faydalı olduğunu göstərir. Referendum Aktı layihəsində təklif olunan dəyişikliklər, ilk növbədə, ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında aparılan islahatların nəticəsidir. “25 illik müstəqillik dövründə Azərbaycanda zəngin seçki təcrübəsi formalaşıb. Seçki və referendumların keçirilməsinə bilavasitə məsul olan MSK özünü təsdiqləmiş qurum kimi formalaşıb”, - deyən Prezidentin köməkçisi bu proseslərdə medianın iştirakının yüksək səviyyədə təmin edilməsinin dövlətin marağında olduğunu vurğulayıb.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov medianın cəmiyyətdə rolunun getdikcə artdığını, xüsusilə seçkilər və referendumlar zamanı onun üzərinə daha məsuliyyətli vəzifənin düşdüyünü diqqətə çatdırıb. O, MSK ilə KİV arasında sıx əməkdaşlığın qurulduğunu vurğulayıb. İndiyədək seçkilərin və referendumların işıqlandırılmasında KİV-lə bağlı hansısa problemin yaranmadığını qeyd edən N.Məhərrəmov referendumqabağı təşviqatda da hər hansı problemin ortaya çıxmasını gözləmədiklərini söyləyib. Şura sədri telekanallarda ödənişli və ödənişsiz əsaslarla referendumqabağı təşviqat prosesi zamanı riayət edilməli olan qaydalardan da söz açıb.
Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev çıxış edərək diqqətə çatdırıb ki, sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi ilə bağlı bir sıra işlərin görülməsi vətəndaş cəmiyyəti qurumu olaraq Mətbuat Şurasının qarşısında duran əsas fəaliyyətlərdəndir. Mətbuat Şurası Azərbaycanda keçirilən seçkilərdə və referendumlarda iştirak edərək böyük təcrübəyə yiyələnib. Ötən illərin seçki prosesləri zamanı səsvermə prosesinin işıqlandırılması, seçki maarifləndirməsi, informasiya təminatı və sair istiqamətlərdə bir sıra addımlar atılıb. O, əmin olduğunu bildirib ki, referendum zamanı mətbuat nümayəndələri səsvermə ilə bağlı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə, dövlət və vətəndaş cəmiyyəti qurumları ilə qarşılıqlı, faydalı əməkdaşlıq sayəsində ictimaiyyətin obyektiv informasiya ilə təminatına, səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılmasına, səsvermənin şəffaf, ədalətli keçirilməsinə öz töhfələrini verəcəklər.
Daha sonra MSK-nın sədr müavini Natiq Məmmədovun “Referendumqabağı təşviqata dair ümumi tələblər və referendumqabağı təşviqat subyektləri. Ödənişli və ödənişsiz əsaslarla aparılan referendumqabağı təşviqata şərait yaradılması prosesində KİV-lərin üzərinə düşən vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Tədbir müzakirələrlə davam etdirilib.
Seminar-müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, MSK-nın, beynəlxalq qurumların nümayəndələri, KİV rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info