Əli Həsənov: “Onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır”
Tarix: 31.08.2016 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


“Təşviqat prosesinin onlayn mediada aparılması hələ Azərbaycan qanunvericiliyində tənzimlənməyib”. Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası (MSK) və Mətbuat Şurasının təşkilatçılığı ilə “Referendumqabağı təşviqat prosesində kütləvi informasiya vasitələrinin rolu və vəzifələri” mövzusunda seminar-müşavirədə MSK sədri Məzahir Pənahov deyib. 
M. Pənahov bildirib ki, sosial şəbəkədə fəal olan Azərbaycan vətəndaşları da bu məsələlərdə vətəndaş mövqeyindən çıxış etməlidirlər. 
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, media ilə bağlı tələblər onlayn mediaya da şamil edilir: “Əgər onlar seçki prosesində jurnalist kimi çıxış edir, seçki məntəqələrinə jurnalist vəsiqəsi ilə daxil olurlarsa, jurnalist məsuliyyəti də daşıyırlar. Bloqger öz səhifəsində nəsə yazırsa, bu, başqa məsələ. Lakin 3-5 nəfər internet saytında bir araya gəlibsə, bu, artıq mediadır. Ona görə də onlayn media ilə bağlı məsələlər Seçki Məcəlləsində əksini tapmalıdır. Onlayn media da mediadır”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info