“Müxalifətçilik təməli haram üzərində qurulub”
Tarix: 16.03.2013 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Müxalifət heç vaxt bir yerdə ola bilməz”
Müxalifət başçılarının və eləcə də onların partiyalarının bir-birilərinə qarşı dözümsüzlükləri və bir-birilərini qəbul etməməsi barədə çox yazmışıq. Bu ərəfədə - qarşıdakı prezident seçkiləri öncəsi isə bu məsələ müxalifət düşərgəsi üçün çox aktualdır.
Belə ki, hazırda müxalifət partiyaları və onların başçıları tez-tez birlikdən danışırlar, seçkilərdə “vahid namizəd”lə, bu alınmasa, heç olmasa, “əsas namizədlə” çıxış etməyin vacibliyini dilə gətirirlər və sair. Amma fakt budur ki, bu gün bu cür gəlişigözəl çıxışlar edən müxalifət başçıları reallıqda bir-birilərinə qarşı antoqonist mövqedədirlər. Onlar tez-tez “birlikdən” danışsalar da, fürsət düşən kimi, hər biri özünü sözdə yüksəldib, digərlərini aşağılamaqdan zövq alırlar və bununla da, əslində ümumi müxalifət mənafeyi naminə birlik ərsəyə gətirmək səviyyəsində olmadıqlarını nümayiş etdirirlər...
Qeyd edək ki, az öncə də bununla bağlı “parlaq” bir halı müşahidə etdik. Belə ki, AXCP sədri Əli Kərimli “Azadlıq” radiosuna müsahibəsində guya Müsavat-AXCP və “ziyalılar forumu”nun müxalifətin birliyi ilə bağlı 5-6 aydır müzakirələr apardığından dəm vururdu. Əli Kərimli guya birlik yolunda çalışdıqlarını təşəxxüslə bildirirdi. Amm aparıcının müxalifət partiyalarından hansının aksiyalarda daha çox iştirak etdiyi ilə bağlı sual veriləndə Ə.Kərimli bütün təşəxxüsünü və təmkinini itirdi və bu suala çox emosional, əsəbi tərzdə cavab verdi: “Əlbəttə ki, cəbhəçilər! Meydana ən çox çıxan cəbhəçilərdir, ən çox tutulan-saxlanılan cəhbəçilərdir! Həmişə AXCP mübarizənin önündə gedir!”. Kərimli bunlardan əlavə o qədər emosiya ilə AXCP-ni öydü və digər müxalifət partiyalarını dolayı olaraq əskiltdi ki, aparıcı gülümsəməyə bilmədi. Belə bir halda Kərimli qəzəblə ona sual verdi: “Nədir, bəs sizcə kim olmalıdır? Cəbhəçilər öndə deyillərmi?”... Doğrusu, müxalifətin birliyindən dəm vuran bir partiya sədrinin bu səviyyədə özünü və partiyasını şişirtməsi, bu qədər emosiya göstərməsi əslində çox şeyi deyir. Bu onu göstərir ki, qarşıdakı seçkidə bu qüvvələrin bir-birilərinə namizəd məsələsində, yaxud seçki ilə bağlı hər hansı bir anlaşmada heç bir güzəştindən söhbət gedə gilməz.
Bu barədə bizə fikirlərini bildirən Vəhdət Partiyasının sədri Tahir Kərimli belə dedi: “Müxalifət heç vaxt bir yerdə ola bilməz. Ona görə ki 93-cü ildə onlar hakimiyyətdən gedəndən bəri qeyri-səmimilik yolu tutublar. Özlərini qorumaq üçün xilaskar kimi hakimiyyətə gətirdikləri adama qarşı deyiblər ki, müxalifətik. Bununla da, qeyri-sağlam müxalifətçilik yolu tutublar. Onların müxalifətçiliyinin kökündə qeyri-sağlam yanaşma dayanır. İkincisi, bu müxalifət liderləri 20 il ərzində daim bir birilərinin əleyhinə gediblər,bir-birilərini məqam düşdükcə aşağılayıblar, kompromatlarla susdurmağa, karyerasına son qoymağa çalışıblar. İndi də bir-birilərinə qarşı bu cür oyunlar qururlar. Əslində onların birliklə bağlı hər hansı açıqlamaları sırf yalan və cəmiyyətin başını qatmaq üzərində qurulub. Onlar birlik yaratsaydılar, bu 20 ildə yaradardılar. Halbuki hazırkı müxalifətin vəziyyəti onu deməyə əsas verir ki, onlar bu 20 ildə daha da parçalanıblar, təfriqələniblər, zəifləyiblər. Çünki müxalifətçilik təməli bunlarda haram üzərində qurulub. Ona görə də xeyri yoxdur. Bu gün özlərini birliyə təşəbbüskar kimi qələmə verən müxalif başçılar altdan-altdan əslində bütün parçalanmaların “moderatoru” rolunu oynayırlar. Çünki onların düşüncələri birlik səviyyəsində düşünməyə imkan vermir. Ona görə də yalnız parçalanmalara, təfriqələrə şüurları çatır”.
Tahir Kərimli qeyd etdi ki, bugünkü müxalifət qəzetlərində də tərəflər bir-birilərini ancaq söyməkdə və söyməyə ittiham etməkdə vaxtını keçirir: “Məsələn, sosial şəbəkələrdə AXCP yalnız Müsavata rəqib kimi fəaliyyət göstərir və hər vəchlə AXCP-nin “üstün”, Müsavatın isə əhəmiyyətsiz partiya olduğunu sərgiləməyə çalışırlar. Müsavat da öz qəzetində bundan şikayətlənir və sərt reaksiya ilə cəbhəçiləri susdurmağa çalışır. Beləcə ara qızışır, məzhəb itir. Belə bir halda onlar hansısa birliyə nail ola bilərlərmi?”
Vəhdət Partiyasının sədri onu da bildirdi ki, hakimiyyət hazırda müxalifətlə müqayisəyəgəlməz dərəcədə güclüdür: “AXCP, Müsavat kimi partiyalar hakimiyyətlə rəqabətə girmək gücündə olmadıqlarının yaxşı fərqindədirlər. Buna görə də onlar siyasi mövcudluqlarını yalnız bir-biriləri ilə intriqalarda görürlər. Belə olduqda gündəmin diqqətini daha çox cəlb edə biləcəklərini düşünürlər. Bütün bunlar onu göstərir ki, müxalifətin birliyi alınmayacaq. Çünki həm buna səviyyələri çatmır, həm də müxalifətdaxili didişmələr bu qüvvələr üçün daha sərfəlidir. Onsuz da onlar hakimiyyətə alternativ olmaqdan ümidlərini üzüblər, ona görə də bir-birilərinə sataşmaqla günlərini keçirmək indiki halda onlar üçün daha sərfəlidir”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info