Gürcüstanda daha 15 məscid qeydiyyatdan keçib
Tarix: 31.08.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Tiflisdə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin maliyyə məsələləri üzrə məsləhət komitəsinin iclası keçirilib. 
Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov bildirib ki, tədbirdə GMİ tərəfindən qaldırılan 16 vacib məsələ həll edilib. O deyib ki, hüquqi ünvanı Tiflis Cümə Məscidi olmaqla, 15 məscidin GMİ-nin sərəncamına verilməsi haqqında qərar qəbul olunub və onlar qeydiyyata alınıb: “Qərarda daha bir məscidin tikintisinə icazə verilib”.
 
Şeyx qeyd edib ki, indiyədək Gürcüstanda 312 məsciddən 130-nun qeydiyyatı artıq həll olunub və məscidlər rəsmən dövlət tərəfindən tanınıb: “Onu da qeyd edim ki, bu il müsəlman icmasına ayrılan 2,5 milyon lari Gürcüstanın bütün bölgələrində fəaliyyət göstərən 400 din xadiminə maaş verilməsi, məscidlərin təmiri, dini maarifləndirmə və müəyyən xeyriyyə işləri üçün nəzərdə tutulub. İl ərzində məscidlər tədricən təmir olunur və bu iş ilin sonunadək davam edəcək. Ötən il ümumilikdə 55 məsciddə təmir işləri aparılıb və hazırda 30-dan çox məsciddə təmir işləri gedir”.


Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info