Naxçıvanda yeni istehsal sahələri yaradılır
Tarix: 31.08.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


Muxtar respublikada yeni istehsal və xidmət sahələrinin, idxaləvəzləyici və ixracyönümlü məhsullar istehsal edən emal və sənaye müəssisələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Mebel istehsalı müəssisələrini yüksək keyfiyyətli materiallarla təmin edən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarına artan tələbatın ödənilməsi üçün müəssisədə ağac yonqarları lövhələrinin boyanması sahəsi yaradılıb, müasir anbar binası inşa olunub.
AZƏRTAC xəbər verir ki, istifadəyə verilən anbar binası xammal və hazır məhsulların müəyyən olunmuş şəraitdə saxlanılmasına və istehsal müəssisələrinə vaxtında göndərilməsinə əlverişli şərait yaradıb.
Naxçıvan şəhərində yerləşən müəssisənin fasiləsiz fəaliyyət göstərməsində mühüm rol oynayan xammal və hazır məhsulların vaxtında daşınması məqsədilə “DAF” markalı ağırtonnajlı yük avtomobilləri alınıb. Hazırda ağac yonqarları lövhələrinin boyanması sahəsi üçün binanın inşasına hazırlıq işləri görülür.
Yeni istehsal müəssisəsinin fəaliyyətə başlaması daxili bazarı keyfiyyətli məhsullarla təmin etməklə yanaşı, əhalinin məşğulluğunun təmin olunmasında da mühüm rol oynayır. Belə ki, müasir texnoloji avadanlıqlardan səmərəli istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması diqqət mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin Türkiyə Respublikasında ixtisasartırma kurslarında iştirakı təmin olunub. Bu da istehsal prosesinin yerli mütəxəssislər tərəfindən həyata keçirilməsinə imkan yaradıb.
Gələcəkdə müəssisədə yeni istehsal sahəsinin – melamin örtüklü plitələr istehsalı sahəsinin yaradılması nəzərdə tutulur ki, buraya mebel avadanlıqları istehsalında qabaqcıl təcrübəyə malik, Almaniyanın dünyada məşhur olan “Wemhoner” şirkətinin avadanlıqları alınıb gətiriləcək və idxal olunan dəzgahlar həmin şirkətin mütəxəssisləri tərəfindən quraşdırılacaq. Melamin örtüklü plitələr istehsalı sahəsi istifadəyə veriləndən və müəssisə tam gücü ilə işləyəndən sonra, ümumilikdə, 110 nəfər daimi işlə təmin ediləcək.
Muxtar respublikada yeganə olan bu müəssisəsinin məhsulları daxili bazarın tələbatını tamamilə ödəməklə yanaşı, ölkəmizin digər regionlarında da satışa çıxarılır. Hazırda istehsal edilən mebel materiallarının xarici ölkələrdə tanıdılması ilə bağlı tədbirlər görülür. Bu sahə üzrə qabaqcıl təcrübəyə malik şirkətlərlə təcrübə mübadilələri aparılır, biznes əlaqələri qurulur ki, bu da Naxçıvan məhsullarının xarici bazarlara ixrac olunmasına imkan verəcək. Ayrı-ayrı şirkətlərlə bağlanmış müqaviləyə uyğun olaraq, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal edilən mebel materialları yaxın vaxtlarda xarici bazara çıxarılacaq




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info