19 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisi davam edir
Tarix: 31.08.2016 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Ölkə başçısının müvafiq Sərəncamına əsasən Saatlı rayonunun Sarıcalar, Qara Nuru, Şirinbəyli, Fətəlikənd və Azadkənd kəndlərini birləşdirən avtomobil yolunun tikintisi uğurla davam edir.
Uzunluğu 39 kilometr olan yolun artıq 9,5 kilometrdən çox hissəsinə asfalt örtüyü döşənib. 51 min əhalinin istifadə edəcəyi yolda tikinti işlərinin surətlə aparılması üçün əraziyə çoxlu sayda texnika cəlb olunub. Kəndləri birləşdirən yolun asfalt örtüyü 15 sm olacaq. Bu isə ağır tonnajlı yük maşınlarının da müntəzəm hərəkət etdiyi yolun uzun müddət istismar olunmasına imkan verəcək. Tikinti zamanı iki körpü əsaslı təmir olunacaq, yeddi suötürücü boru isə yenisi ilə əvəzlənəcək. Yolun tikintisinin başa çatması ilə 19 yaşayış məntəqəsinə gediş-gəliş yaxşılaşacaq. Uzun müddət yolsuzluqdan əziyyət çəkən kəndlərin əhalisi bu yolun vacib layihə olduğunu bildirərək dövlətimizin başçısına minnətdarlıq edirlər. Sakinlər deyir ki, yeni çəkilən yol işimizi xeyli asanlaşdıracaq. Rayon mərkəzinə və ölkənin digər yerlərinə rahat şəkildə vaxt itkisi və narahatlıq olmadan gedib-gələ biləcəyik.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info