Kolleclərin boş qalan plan yerlərinə əlavə ixtisas seçimi aparılacaq
Tarix: 31.08.2016 | Saat: 19:54:00 | E-mail | Çapa göndər


Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı dünən başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, müsabiqə nəticəsində 152 boş yer qalsa da, qeydiyyat prosesi bitdikdən sonra məlum olub ki, 1068 abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib.
Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220 olub.
Tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59‑dək ixtisas seçimi aparılacaq.
İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Qeyd edək ki, hər hansı təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.
Kolleclərin boş qalan plan yerlərinin siyahısı 1 sentyabrda “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info