“FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq”
Tarix: 31.08.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycanın daxili işlər naziri Ramil UsubovTürkiyəyə səfər edib. 
Türkiyə mətbuatının verdiyi məlumata görə, R. Usubov Ankarada Türkiyənin daxili işlər naziri Əfqan Ala ilə görüşüb. 
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. Ə. Ala deyib ki, iki ölkənin Daxili İşlər nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas məsələdir və hər cür terror təşkilatlarına qarşı təsirli birgə əməkdaşlıq var. O bildirib ki, Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması, kökünün qazınması istiqamətində də təsirli əməkdaşlıq davam etməkdədir: “Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq”.
 
Azərbaycan daxili işlər naziri R. Usubov isə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu nəzərə çatdırıb: “FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq. Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info