Kiş çayı üzərində yeni körpünün tikintisinə başlanılıb
Tarix: 31.08.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Kiş çayı üzərində yeni körpünün tikintisinə başlanılıb. Tikinti işləri “Evrascon” ASC tərəfindən aparılır.
Bu il iyulun əvvəlində güclü sel Kiş çayı üzərindəki avtomobil körpüsünü dağıtdığından Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilmişdi. Həmin vaxtdan kəndə gediş-gəliş çayın üzərindəki müvəqqəti körpü vasitəsilə həyata keçirilir.
Bir aşırımlı yeni körpünün uzunluğu 81 metr olacaq. Hazırda körpü dayaqlarının quraşdırılması və betonlanması işlərinə başlanılıb. İş icraçısı Sabir Musayev bildirib ki, mürəkkəb konstruksiyalı yeni körpü öz möhkəmliyi və möhtəşəmliyi ilə əvvəlkindən tam fərqlənəcək.
Xatırladaq ki, 7 min nəfər əhalinin yaşadığı Kiş kəndini ətraf yaşayış məntəqələri ilə birləşdirən yeganə körpünün bərpası üçün Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 17-də imzaladığı Sərəncama əsasən 4 milyon manat ayrılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info