Siqareti tərgitməyə kömək edən qidalar
Tarix: 31.08.2016 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


"Siqaretə və nikotinə ehtiyac hiss etdiyiniz zaman artıq çəki problemi yaratmayan badımcan yeyib bu tərəvəzin tərkibindəki nikotinlə bu hissi aradan qaldıra bilərsiniz. Süd içdikdən sonra çəkilən siqaretin dadı pis olduğuna görə, bu qidanın qəbulu da siqaretdən uzaqlaşmağa yardım edir.
Bunu mütəxəssis-dietoloq Aslıhan Küçük deyib.

Dietoloq bildirib ki, siqareti tərgitmək və sağlam bədənə sahib olmaq üçün banan yemək də faydalıdır: "Banan həm siqaretdən uzaqlaşmağa, həm də onun mənfi fəsadlarını aradan qaldırmağa yardım edir. Pomidor suyu və siqaret beyində eyni bölgəni xəbərdar etdiyi üçün siqareti tərgitmək istəyənlər bir ay müddətində bir stəkan pomidor suyu içməklə özlərini rahat hiss edə bilərlər. Araşdırmalara görə, iyirmi gün boyunca iki yemək qaşığı yulaf sıyığı yemək də nikotin asılılığını azaldır".
Mütəxəssisin sözlərinə görə, bəzən insanlar siqareti tərgidə bilmək üçün əllərinə keçən çərəzləri, şokoladı yeyirlər ki, bu da artıq çəkiyə səbəb olur. Dietoloq deyib ki, bu cür çərəzlər yerinə xiyar, təzə və quru meyvələr yemək daha məsləhətdir. Xüsusilə kök və kivi suyu içməklə nikotini bədəndən atmaq olar: "Siqareti tərgidənlər bol-bol su içməli, fiziki aktivliyə üstünlük verməlidirlər. Fiziki aktivlik siqareti tərgidənlər üçün problem yaradan stressi də aradan qaldırır. Sarımsaq yemək isə ağciyərləri təmizləyir. Bu məqsədlə əmənkömənci çayı istifadə etmək də faydalıdır".
Həkim qeyd edib ki, nikotin insanın dad almaq duyuğusuna təsir etdiyi üçün onu tərgitdikdən sonra qidaların dadı daha yaxşı hiss olunmağa başlayır.




 
Bölməyə aid digər xəbərlər
27.05.2019
Nə qədər istəyirsən ye, kökəltmir - XURMA
27.05.2019
Ağ tutun inanılmaz 10 faydası - Hər gün 100 qram yeyilsə...
25.05.2019
Tibb Universitetində keçirilən aksiyada 50-yə yaxın xəstə müayinə olunub
24.05.2019
Gözlərimizin nurunu alan qidalar
24.05.2019
Azərbaycanda qohum evlilikləri uşaqlıq dövründə görmə pozğunluğuna gətirib çıxarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
2 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
3 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
4 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info