Paralimpiya Oyunlarında bayraqdarımız İlham Zəkiyev olacaq
Tarix: 31.08.2016 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycanın bayrağı qaldırılacaq
XV Yay Paralimpiya Oyunlarına yollanan Azərbaycan idmançıları ilə görüş keçirilib. İdmançılarla görüşdə çıxış edən Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov atletlərimizin XXXI Yay Olimpiya Oyunlarında qazandıqları uğurları paralimpiyaçıların davam etdirəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.
Ölkə idmanına, o cümlədən paralimpiyaçılara göstərdiyi diqqət və qayğıya görə Prezidentə minnətdarlığını bildirən İ.Rəhimov deyib: “Komandamız sentyabrın 2-də yola düşür. Sentyabrın 5-də Paralimpiya Kəndində Azərbaycanın bayrağı qaldırılacaq. İki gün sonra isə yarışın açılış mərasimi olacaq. Kapitanımız, bayraqdarımız İlham Zəkiyevdir. Onunla açılış mərasimi üçün sürpriz hazırlamışıq. Gec saatlarda da olsa, baxıb sürprizi görməyinizi istərdik. Rio-de-Janeyroya 27 idmançı yola düşəcək. Onların altısı qadındır. Lisenziyaların sayı isə 44-dür. Bu rəqəmlər “London-2012” ilə müqayisədə 6 idmançı və 8 lisenziya artıqdır. Heyətimiz daha çox gənclərdən ibarətdir”. Sonra komitə prezidenti Minskdə keçirilmiş festivalda paraşütdən tullanan qadın paralimpiyaçılara mükafatlar təqdim edib. XV Yay Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info