“Güləşçilərimizdən qızıl medallar gözləyirdik”
Tarix: 31.08.2016 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


Elçin Cəfərov:
“Bu, bir qədər müəmmalıdır, üç güləşçimiz finala yüksəlsin, ancaq heç biri qızıl medal qazana bilməsin”

“Rio-2016” XXXI Yay Olimpiya Oyunlarında finala yüksələn güləşçilərimizdən qızıl medal gözləyirdik. Ancaq bu, idmandır. Ümumiyyətlə, güləşçilərimizin Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirirəm”.
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov AZƏRTAC-a məxsusi müsahibəsində deyib. Güləşçilərimizin “Rio-2016”-da 3 gümüş və 6 bürünc medal qazanaraq yeni tarix yazdıqlarını vurğulayan Elçin Cəfərov deyib: “Bu, bir çox ölkələrin Yay Olimpiya Oyunlarında arzuladığı, amma nail ola bilmədiyi uğurdur. Dördilliyin zirvə yarışında təkcə güləşçimiz deyil, digər idmançılarımız da müvəffəqiyyətlə çıxış edərək 18 medala sahib oldular. Bu göstərici ilə Azərbaycan millisi 206 ölkə arasında 39-cu pillədə qərarlaşdı. Nəzərə alsaq ki, 78 ölkədən idmançılar mükafatçılar sırasına düşüb, 39-cu pillə yüksək göstəricidir”. Güləşçilərimizin “Rio-2016”-da qızıl medala sahib ola bilməmələri ilə bağlı danışarkən vitse-prezident bildirib ki, bu, bir qədər müəmmalıdır, üç güləşçimiz finala yüksəlsin, ancaq heç biri qızıl medal qazana bilməsin. Ancaq idmanda qalibiyyət olduğu kimi, məğlubiyyət də var. Bununla barışmaq lazımdır. Federasiya rəhbərliyi bu nəticədən razı qalmaya bilər. Çünki federasiya tərəfindən güləşçilərin hazırlığı, təlim-məşq toplanışı üçün yüksək səviyyədə şərait yaradılmışdı. Bunun müqabilində qurum idmançılardan qızıl medallar gözləyirdi. Məğlubiyyət acısını ən çox idmançı özü yaşayır. Bunların aradan qaldırılması üçün geridə buraxılan səhvlər təhlil olunmalı və lazımi addımlar atılmalı və nəticə çıxarmalıdır. Azərbaycan Güləş Federasiyasının rəhbərliyinin yaxın günlərdə toplantı keçirəcəyini və idmançıların Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakı çıxışına qiymət verəcəyini diqqətə çatdıran Elçin Cəfərov bildirib: “İdmançı arxayınlaşmamalıdır. O, fəxri kürsüdən düşdükdən sonra idman zalına getməlidir. Çox istirahət edən idmançıdan birincilik gözləmək olmaz. İdmançı daim formada olmalıdır. 2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında güləşçilər hansı çəki dərəcələrində çıxış edəcəklərini indidən müəyyənləşdirməlidirlər. Güləşçilərimiz növbəti dördilliyin zirvə yarışının hazırlığına elə bu gündən başlamalıdırlar. İdmançılar da, məşqçilər də bunun məsuliyyətini indidən dərk edirlər”. İdmanın bu növünün ölkəmizdə inkişafı və kütləviləşməsi istiqamətində uğurlu proqramın fəaliyyət göstərdiyini bildirən vitse-prezidenti deyib ki, Bakıda və regionlarda güləş zallarının artması müşahidə olunur. Ölkədə güləş klubları fəaliyyət göstərir ki, onların yetirmələri Avropa və dünya birinciliklərində, beynəlxalq turnirlərdə uğurla çıxış edirlər. Həmçinin respublikamızda ölkə çempionatlarının, beynəlxalq turnirlərin təşkili hər zaman diqqət mərkəzindədir.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”
21.09.2018
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info