“Həyatımın üç gözəl günü”
Tarix: 31.08.2016 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Sahibsiz Uşaqlara Kömək İctimai Birliyi qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərə Nabran turu təşkil edib. Bu haqda Sahibsiz Uşaqlara Kömək İctimai Birliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutan"İrəliyə doğru bir addım" adlı qaçqın, məcburi köçkün, sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili adlı layihə həyata keçirir. Layihə çərçivəsində 25-dən artıq qaçqın, məcburi köçkün və sağlamlıq imkanları məhdud yeniyetmə və gənclərin istirahətinin səmərəli təşkili və ruh yüksəkliyinin artırılması məqsədilə 26-29 avqust tarixlərində “Həyatımın üç gözəl günü” adlı Nabran turu təşkil edilib.
Üçgünlük tur çərçivəsində onlara ilkin kompüter bacarıqları öyrədilib. Həmçinin psixoloq tərəfindən onlarla söhbətlər edilib. Bununla yanaşı, layihə iştirakçılarından olan bir neçə valideynlə psixoloji təlimatlandırma aparılıb, intellektual yarışmalar, musiqili-əyləncəli oyunlar keçirilib.
Qeyd edək ki, layihənin məqsədi qaçqın, məcburi köçkün,sağlamlıq imkanları məhdud uşaq, yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Həmçinin qeyd olunub ki, layihənin digər məqsədi onların digər yaşıdları ilə bərabər şəkildə imkan və potensialını üzə çıxarmalarına stimul verməkdir. Layihə avqustun 1-dən noyabrın 1-ə qədər davam edəcək.
Fuad




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info