190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Tarix: 01.09.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


İstənilən yerli və xarici investor əmlakın qiymətini banklar vasitəsilə ödəyərək hərraca çıxarılan obyektləri ala bilər
Prezidentin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 19 iyul tarixli fərmanına əsasən, özəlləşdirmə prosesində şəffaflığın və müasirliyin təmin olunması, geniş ictimaiyyət, potensial yerli və xarici investorlar üçün məlumatlandırmanın təmin edilməsi, özəlləşdirmənin elektron üsullarla gerçəkləşdirilməsi istiqamətində Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər davam etdirilir.
Bu tədbirlər çərçivəsində dünən Bakıda beynəlxalq maliyyə qurumları və məsləhətçi şirkətləri, eləcə də xarici iş adamları üçün investisiya müsabiqələrinə çıxarılacaq müəssisələrin ictimai təqdimatı keçirilib. Tədbirin təşkilində məqsəd yeni mərhələdə özəlləşdirməyə çıxarılmış müəssisələrə xarici investisiyaların cəlb edilməsi, ölkəmizdə investisiya imkanlarının daha da genişləndirilməsidir. Təqdimatda “KPMG”, “E&Y”, “Deloitte”, “PWC”, “MCKinsey & Company”, “Baker & MCKenzie” kimi beynəlxalq konsaltinq şirkətləri, maliyyə və investisiya təşkilatları iştirak edib. Sonra respublikanın müxtəlif iqtisadi zonalarında yerləşən və iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 10-dək iri dövlət müəssisəsinin, o cümlədən “Daşkəsən Filizsaflaşdırma” ASC, “Bakıelektroavtomat” ASC, “Mingəçevir Texniki Rezin” ASC, “Mingəçevir Regenerat” ASC-nin təqdimatı olub. Belə müəssisələrin iqtisadi xarakteristikası, profili, maliyyə vəziyyəti, yerləşdiyi ərazi, nizamnamə kapitalı, istehsal həcmi, satışa çıxarılan səhm sayı, digər iqtisadi və texniki göstəriciləri barədə məlumat verilib. Həmçinin bu müəssisələrə investisiya qoyuluşunun üstünlükləri və bu müəssisələrin gələcək potensialı diqqətə çatdırılıb. İnvestorlara istehsal olunan məhsulların adı və çeşidi, müəssisədə çalışan işçilərin sayı, müəssisənin ümumi torpaq sahəsi və tikilialtı sahəsi, müəssisənin bazardakı çəkisi barədə də məlumatlar çatdırılıb. Bildirilib ki, bu müəssisələr haqqında istənilən məlumatı komitənin yenicə istifadəyə verilmiş privatization.az adlı Özəlləşdirmə Portalından almaq mümkündür.

Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi və hərracların tamamilə elektron müstəviyə keçirilməsi təmin olunacaq


Bundan əlavə, komitə tərəfindən yeni elan edilmiş hərraclarda, ümumilikdə, Bakı şəhəri və respublikanın müxtəlif bölgələrində yerləşən 190 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb. Bunlardan 75-i nəzarət səhm paketinin 30 faiz hissəsi hərraca çıxarılan açıq səhmdar cəmiyyətləridir. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən dağ-mədən, kimya, metallurgiya, maşınqayırma sənayesi, kənd təsərrüfatı, inşaat, tikinti, nəqliyyat və s. sahələri əhatə edir. Dövlət əmlaklarının 89-u isə kiçik dövlət müəssisə və obyekti, qalan qismi isə nəqliyyat vasitələridir. Ümumilikdə, hərraclar xidmət, ictimai iaşə və digər sahələri əhatə edir. Hərraca çıxarılan kiçik dövlət müəssisələri sırasında müxtəlif sahələri olan xidmət, ticarət, ictimai iaşə, avtotəmir və digər müəssisələr var. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclarda istənilən yerli və xarici investorlar iştirak etməklə, əmlakın qiymətini banklar vasitəsilə ödəyərək hərraca çıxarılan obyektləri ala bilər. Bu isə öz növbəsində iri sahibkarlığın inkişafı ilə yanaşı, özəlləşdirilməyə çıxarılan kiçik müəssisə və obyektlərin əldə edilməsi nəticəsində orta portfelli sahibkarlıq təbəqəsinin daha da genişləndirilməsinə imkan yaradır. Bildirilib ki, hərraclarda iştirak etmək üçün hazırda sifarişləri elektron xidmət vasitəsilə vermək mümkündür. Yaxın gələcəkdə “onlayn hərrac”ların tətbiqi və hərracların tamamilə elektron müstəviyə keçirilməsi təmin olunacaq. “Onlayn hərrac”lar xarici investorlara dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçiriləcək hərraclarda internet üzərindən onlayn rejimdə iştirak etmək imkanı yaradacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info