“İki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?“
Tarix: 01.09.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Taleh Bağırovun vəkilinə tutarlı cavab

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev ifadə verib.
O bildirib ki, idarəyə Taleh Bağırovun silahlı dəstə yaratması və Nardaran qəsəbəsində olması barədə daxil olmuş məlumat əsasında əməliyyat keçiriblər. T. Bağırovun olduğu evə iki polis əməkdaşı daxil olan zaman qumbara atılıb və onlar yaralanıb. Xəbərdarlıq edilməsinə baxmayaraq, qarşı tərəf atəş açıb: "Biz də cavab atəşi açdıq. Mən güllə atanda hədəfi görmürdüm. Atdığım güllələrdən kiminsə ölüb-ölmədiyini bilmirəm". Daha sonra o, prokurorun və vəkillərin suallarını cavablandırıb. Bildirib ki, hal şahidlərini qrup rəhbəri dəvət edib və həmin evə birlikdə gediblər. Hadisə zamanı yaralanan şəxslərə isə ilkin tibbi yardım göstərilib, onlar xəstəxanaya aparılıblar. Vəkillər ondan hansı zərəri çəkməsini soruşublar. C. İmamverdiyev ona güllə dəysə də, qoruyucu jilet olduğundan xəsarət almadığını deyib: "Bizə atəş açılıb, müqavimət göstərilib, iki polis əməkdaşı ölüb, başqa nə zərər çəkməliyəm?". Daha sonra prosesdə fasilə elan olunub. Günün ikinci yarısında davam etdirilməli olan məhkəmə prosesi baş tutmayıb. Buna səbəb vəkillərin bəzilərinin hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesə gəlməməsi olub. Məhkəmə iclası sentyabrın 1-nə təxirə salınıb.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info