“Bizim dövlətin Fransadakı ermənilərdən xoşu gəlmir”
Tarix: 01.09.2016 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


“Bu dəfə biz ölkədəki iğtişaşların polis tərəfindən təşkil edildiyinə əmin olduq. Yəqin ki, diasporumuz da ilk dəfə olaraq belə bir şok keçirdi. Mən deyərdim ki, hələ martın 1-də, “silahlı nümayişlər” zamanı diaspor belə ciddi zərbə almamışdı”. Bu fikirləri “Birinci informasiya” saytına “Sasna Tsrer”in fəaliyyətini şərh edən erməni jurnalist Seda Mavyan bildirib.
Onun sözlərinə görə, ilk şokun mahiyyəti "Sasna Tsrer"in belə bir hərəkət etməsi ilə bağlı idi və hərəkat nümayəndələrinə dəstək olan nümayişçilərin mübarizəsi əvvəlcə tam dinc şəkildə həyata keçirilirdi. Məhz elə bütün bunlara istinad edərək təşkil edilmiş bu iğtişaşın polis tərəfindən idarə edildiyini demək olar.

“Silahlı üsyandan sonra növbəti addım kimi siyasi mübarizə olmalıdır” -deyən erməni jurnalist bu hərəkatın məyusluqla nəticələnən bir dalğa olduğunu etiraf edir: “Artıq xalq da seçki yolu ilə əldə edə bilmədiklərini inqilab yolu ilə əldə edə bilmədilər”-deyə, düşünürsə, demək bu sondur.” Mavyanın fikrincə, Ermənistanda indiyə qədər ciddi bir siyasi mübarizə mövcud olmayıb.
Diasporda qorxu kompleksinin mövcud olduğunu əminliklə qeyd edən jurnalist xanım bunun ölkə xəzinəsinə və dövlətin özünə dəyən zərbə ola biləcəyini bildirir: “Mən, əminliklə bizim hakimiyyətdə arzuolunan və arzuolunmaz diaspor erməniləri olduğunu deyə bilərəm. Arzuolunmaz diaspor erməniləri deyərkən, ilk növbədə, barışmaz mövqe nümayiş etdirən Fransadakı erməni diaspor nümayəndələri nəzərdə tutulur. Arzuolunan diaspor nümayəndələri isə Ermənistana gələn, burada biznes quran ermənilərdir”.
Hazırda diasporun Ermənistanda hansısa rol oynaya biləcəyinə böyük imkanlar olduğunu qeyd edən erməni jurnalist bunun üçün ilk olaraq, İrəvanda forum keçirərək, diaspor nümayəndələrini bu foruma dəvət etməni bütün problemlərdən çıxış yolu kimi görür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
“Stonehenge” tarixi abidəsini Anadoludan gələnlər tikiblər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info