40 nəfər əlilliyi olan şəxs istirahətə göndərildi
Tarix: 01.09.2016 | Saat: 15:20:00 | E-mail | Çapa göndər


Əlilliyi olan şəxslərə bütün sahələrdə bərabər imkanların yaradılması, onların dolğun həyat şəraitinin təmin edilməsi məqsədilə reallaşdırılan tədbirlərdən biri də onlara ölkəmizin səfalı guşələrində istirahət imkanlarının yaradılmasıdır. Bu istiqamətdə tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin təbəqədən olan 40 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Şəki rayonundakı istirahət və sağlamlıq mərkəzinə göndərilib.
Qeyd olunan vətəndaşların yola salınması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov ölkəmizdə əlilliyi olan bütün şəxslərin etibarlı sosial müdafiə sistemi ilə əhatə olunduqlarını vurğulayıb. V.Behbudov onların pensiya və sosial müavinətlərlə, habelə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin, əmək pensiyası almaq hüququ olmayan birinci qrup əlillərin Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ilə təmin edildiklərini, bu sosial ödənişlərin mütəmadi olaraq artırıldığını diqqətə çatdırıb. O, əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası, bərpa-müalicə sisteminin təkmilləşdirilməsi, onların sosial xidmətlərlə təminatı yönündə aparılan işlərdən də bəhs edib: “Nazirliyin “2016-cı il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” çərçivəsində də məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, cari ildə 830 nəfər əlilliyi olan şəxsin Lənkəran, Xaçmaz, Şəki rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərində istirahəti təşkil olunub. Qarşıdakı dövrdə də bu tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”.
Əlilliyi olan şəxslər onların rifah halının yaxşılaşdırılmasına, maddi və mənəvi tələbatlarının ödənilməsinə, habelə yaz-yay mövsümündə istirahətlərinin təşkilinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info