“Azərbaycana səfərim çox səmərəli və məhsuldar keçdi”
Tarix: 01.09.2016 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Azərbaycana səfərim çox səmərəli və məhsuldar keçdi. Ölkələrimiz arasında çox mühüm strateji münasibətlər və xalqlarımız arasında çoxəsrlik dostluq əlaqələri var. Prezident İlham Əliyev və Baş nazir Artur Rasizadə ilə görüşlərimizdə ölkələrimiz arasında mövcud olan qədim dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və ikitərəfli əlaqələrimizin inkişafına dair bir sıra mühüm məsələləri müzakirə etdik.
Bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycana səfərinin yekunlarına dair jurnalistlərə müsahibəsində deyib.
Baş nazir bildirib ki, Azərbaycan ilə Gürcüstan strateji əhəmiyyət kəsb edən çox əhəmiyyətli regional iqtisadi layihələr həyata keçirirlər: ““Cənub Qaz Dəhlizi”, Cənubi Qafqaz Qaz Boru Kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisinin davam etdirilməsi, eləcə də digər layihələr barədə müzakirələr apardıq və mühüm razılaşmalarımız oldu”.
“Deyə bilərəm ki, səfərim və ümumilikdə apardığımız danışıqlar bizim üçün çox əhəmiyyətli oldu”, – deyə Baş nazir vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info