Türkiyədə müəyyən dairələrin Ermənistan sevgisi bu gün də davam edir
Tarix: 16.03.2013 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Azərbaycan Şimali Kiprə olan diqqətini Cənubi Kiprə yönəltsə, Ankara bunu təbii qarşılayarmı?
Türkiyə-Azərbaycan münasibətləri həmişə dostluq-qardaşlıq prinsipi əsasında inkişaf edir. İki dövlət arasındakı münasibətlər xüsusilə son illərdə iqtisadi müstəvidə daha da aktivləşib. Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələr və həyata keçirdiyi nəhəng layihələr iki dövlət arasındakı münasibətləri inkişaf etdirməklə yanaşı, Türkiyənin regiondakı aparıcı mövqeyini bir qədər də gücləndirib. Amma qardaş ölkənin Ermənistanla iqtisadi-ticarət əlaqələri, siyasi yaxınlaşma meyilləri Azərbaycan ictimaiyyətində həmişə narazılıqla qarşılanıb.
Torpaqlarımızı işğal edən, Xocalıda soyqırımı həyata keçirən ölkə ilə qardaş saydığımız dövlətin əlaqə qurması xalqımızda haqlı olaraq narazılıq yaradır. Üstəlik, işğalçı ölkənin Türkiyəyə qarşı da ərazi iddiası var. Ermənistan və erməni lobbi təşkilatları tərəfindən qondarma «erməni soyqırımı» məsələsindən Ankaraya qarşı istifadə edilməsi siyasəti bu gün də davam edir. Belə olan halda Ankara-İrəvan yaxınlaşması Türkiyənin maraqlarına uyğun olmadığı kimi, Bakının da maraqlarına uyğun deyil və qardaşlıq münasibətlərinin ruhuna xələl gətirir. Belə ki, 2009-cu ildə Qərbin, xüsusilə də ABŞ hakimiyyətinin təzyiqi və dəstəyi ilə iki ölkə arasında diplomatik əlaqələrin qurulması və sərhədlərin açılmasına cəhdlər, “futbol diplomatiyası”, Sürixdə müvafiq protokolların imzalanması Azərbaycanda əsl şok effekti yaratdı. Təbii ki, Türkiyə ictimaiyyəti, siyasi partiyalar də bu məsələdə kənarda qalmadılar və iki xalqın təzyiqi nəticəsində Ərdoğan hakimiyyəti “erməni açılımı”na son qoymağa məcbur oldu. Təəssüf ki, Türkiyədə müəyyən dairələr Ermənistana doğru reveranslarını bu gün də davam etdirirlər.
2008-ci ildə Türkiyədən Ermənistana 11.300 TİR-in keçməsi iki ölkə arasında ticarət dövriyyəsinin kifayət qədər ciddi olduğunu göstərdi. Bu, indi də daha qabarıq şəkildə davam edir. Ermənistan mağazalarını türk malları doldurur, şəhərlərdə Türkiyə şirkətlərinin vitrin və loqoları bərq vurur. 2009-cu ildə Türkiyənin «AtlasJet» aviaşirkətinin həftənin 3 günü İstanbuldan İrəvana aviareys həyata keçirməsi həm də hava nəqliyyatına qoyulmuş embarqonun gözdən pərdə asmaq məqsədi daşıdığını təsdiq etdi. Həmin vaxt Türkiyə rəsmiləri iddia etdilər ki, bu, özəl şirkətdir və dövlətə heç bir aidiyyəti yoxdur. Lakin «AtlasJet»in nümayəndəsi Əminə Öztürk telekanallardan birinə bəyan etdi ki, Türkiyənin Xarici İşlər Nazirliyi rəsmi Ankaranın siyasi və iqtisadi münasibətlər qurmadığı Ermənistana uçuşların həyata keçirilməsinə icazə verib. Bu il Türkiyədə çıxan erməni «Aqos» qəzetinin Türk Hava Yollarının reyslərində yayılması da Azərbaycanda hiddətə səbəb oldu. Bu ilin yanvarında «Anadolu» agentliyinin verdiyi məlumatda qeyd olundu ki, Türkiyənin «Van Way Airlines» şirkəti İrəvana uçuşlar həyata keçirməyə hazırlaşır. Yenə də bu şirkətin dövlətə heç bir aidiyyəti olmadığı və vanlı biznesmen Aslan Bayram tərəfindən idarə edildiyi bildirildi. Artıq «Van Way Airlines» Türkiyənin Qaziantep, Trabzon, Ankara şəhərlərinə, o cümlədən İranın bir sıra şəhərlərinə və İrəvana reyslər həyata keçirir. Burada bəzi məqam diqqət etmək lazımdır. Belə ki, fevralın 18-də Ermənistanda saxtakarlıqla müşayiət olunan prezident seçkisi keçirildi və Sərkisyan saxta yolla yenidən prezident «seçildi». Elə bu gün də İrəvanda seçkinin nəticələrinə etiraz aksiyaları keçirilir. Amma Türkiyə Prezidenti A.Gül hətta Rusiya, Fransa prezidentlərindən qabaq erməni həmkarını təbrik etdi. Azərbaycan ictimaiyyətinin narazılığına isə belə izahat verildi ki, bu diplomatik etiketdir.
Bu illər ərzində Azərbaycan xalqının Türkiyə hakimiyyətindən bir istəyi olub - rəsmi Ankara Ermənistanla diplomatik, siyasi, iqtisadi, huimanitar və digər sahələrdə təmaslardan çəkinsin. Görünür, Türkiyənin müəyyən dairələri qardaş Azərbaycana bunu da çox görürlər. Amma burada başqa bir məqama diqqət çəkməyi lazım bilirik. Bu ilin fevralında yunan Kiprində də prezident seçkiləri keçirildi, DİSİ ("Demokratik toplantı") sağçı partiyasının namizədi Nikos Anastasiadis dövlət başçısı seçildi. Görəsən, Azərbaycan Prezidenti seçkinin səhəri günü Avropa İttifaqının üzvü olan və hazırda bu quruma sədrlik edən, bütün dünya tərəfindən tanınan Cənubi Kipr prezidentini təbrik etsəydi, bunu Ankara necə qarşılayardı? Əgər Azərbaycan Şimali Kiprə olan diqqətini Cənubi Kiprə yönəltsəydi, bu ölkə ilə iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrini inkişaf etdirsəydi, Ankarada bunu təbii qarşılayardımı?
Yəqin ki, yox. Onda nəyə görə Azərbaycan xalqı Ankaranın Ermənistana doğru mehriban nəzərlərini və reveranslarını təbii qarşılamalı və səsini çıxartmamalıdır?
Ermənistan saxta “soyqırımı” iddiası ilə Türkiyəyə daim təzyiq göstərir, dünyada ona qarşı kampaniya aparır, ərazi, təzminat iddiaları irəli sürür. Bu ölkə azəri türklərinə qarşı soyqırımı törədib, Azərbaycanın ərazilərini 20 ildir, işğal altında saxlayır. Türkiyənin müəyyən dairələri bundan nə vaxt Türkiyə və Azərbaycan xalqlarının maraqlarına uyğun nəticə çıxarıb mövqe ortaya qoyacaqlar?
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info