Yevlax pambıqçıları məhsul yığımına hazırlaşırlar
Tarix: 01.09.2016 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər məhsul yığımına hazırlaşırlar.
AZƏRTAC xəbər verir ki, Yevlax rayonunda bu il 1435 hektar sahədə pambıq becərilib. Bu da ötən ildəkindən 477 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə müqavilə əsasında becərirlər.
“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının aqronomu Məzahir MahmudovAZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, 805 hektar sahədə pambıq becərilməsi üçün 85 fermerlə müqavilələr bağlanıb. Müqaviləyə əsasən, fermerlərə indiyədək 328 min 906 min manat avans vəsait verilib. Fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.
Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında becərmə başa çatmaq üzrədir. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün bir neçə gündən sonra pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsinə (defoliasiya) başlanılacaq. Pambıq yığımına isə iki həftədən sonra start veriləcək.
Kövər kənd sakini Fikrət Nəbiyev yevlaxlı fermerlərin pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 5,5 hektarda çiyid səpmişəm. Türkiyədən gətirilmiş məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilmişik. Hazırda son becərmə işləri aparırıq. Hesab edirəm ki, hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul götürəcəyik”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info