Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olundu
Tarix: 01.09.2016 | Saat: 17:50:00 | E-mail | Çapa göndər


ABŞ-da yaşayan Mövsümovlar ailəsi tərəfindən Azərbaycandakı Dağ Yəhudiləri Dini İcmasına “Tövrat” hədiyyə olunub.
Bu münasibətlə Dağ Yəhudiləri Sinaqoqunda keçirilən mərasimdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlı, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycanda fəaliyyət göstərən müxtəlif dini icmaların rəhbərləri, ABŞ, Rusiya, Qırğızıstan və bir sıra digər ölkələrin səfirləri, millət vəkilləri və yəhudi icmasının nümayəndələri iştirak edib. Müqəddəs kitabın təntənəli şəkildə sinaqoqa gətirilməsi mərasimi keçirilib.
 
Tədbirdə çıxış edən yəhudi icmasının nümayəndələri hədiyyə üçün Mövsümövlar ailəsinə təşəkkür ediblər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycandakı bütün dini konfessiyaların rəhbərlərinin “Tövrat”ın gətirilməsi mərasimində iştirak etdiklərinə diqqət çəkib: "İnanmıram ki, dünyanın hansısa bölgəsində belə ənənə olsun. Azərbaycan dünyəvi dövlət olaraq bütün konfessiyalara hörmətlə yanaşır. Bu, Azərbaycan xalqının tolerantlığının təzahürüdür. Yəhudilər Azərbaycanın ən qədim sakinlərindəndir”.
 
İsrailin Azərbaycandakı səfiri Dan Stav bugünün yəhudi xalqı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan multikulturalizm ölkəsi olaraq bütün dünyaya nümunə göstərir. 

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10473

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info