“ICMSEM 2016” X Beynəlxalq Konfransı davam edir
Tarix: 01.09.2016 | Saat: 20:04:00 | E-mail | Çapa göndər


Bakıda “İdarəetmə elmi və mühəndislik idarəetməsi” (“ICMSEM 2016”) mövzusunda X Beynəlxalq Konfrans öz işini davam etdirir.
Beynəlxalq tədbir Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universiteti tərəfindən təşkil olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə əldə olunan yüksək nailiyyətlərdən bəhs edib. AMEA-da səmərəli elmi tədqiqatlar aparıldığını söyləyən İ.Həbibbəyli konfransın əhəmiyyətli nəticələrinin olacağına əminliyini bildirib.
Azərbaycan, Çin, ABŞ, Rusiya, Yaponiya və dünyanın digər ölkələrindən alim və mütəxəssislərin iştirak etdikləri konfransda mövzu ilə bağlı məruzələr dinlənilib.
“İdarəetmə elmi və mühəndislik idarəetməsi” mövzusunda beynəlxalq konfrans 2007-ci ildən etibarən hər il dünyanın müxtəlif ölkələrində keçirilir. Bu il həmin konfransa MDB məkanında ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info