Bu il ali məktəblərə rekord sayda məzun daxil olub
Tarix: 01.09.2016 | Saat: 20:09:00 | E-mail | Çapa göndər


Bu il ali təhsil müəssisələrinə rekord sayda məzun (34770 nəfərə yaxın) daxil olub.
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu, balların aşağı salınmasının deyil, akademik göstəricilərin yaxşılaşması nəticəsində əldə edilib. 
Onun sözlərinə görə, ali məktəblərə qəbul üzrə orta bal yüksəlib: “Bir çox halda məktəblər qiymətləndirilərkən təhsil barədə cəmiyyətdə gedən diskussiyalarda, məqalələrdə, yazılarda 1-2 amil önə çəkilir. Bunlar hansı rayonun, məktəblərin məzunlarının buraxılış və qəbul imtahanlarında hansı nəticələr əldə etməsidir. Bunlar həqiqətən mühüm nəticələr və obyektiv ölçülə bilən göstəricilərdir. Bu imtahanlar nəticəsində obyektiv şəkildə bir məktəbin məzunlarını digər məktəbin məzunları ilə müqayisə edə bilirik”.
Nazir əlavə edib ki, son illər bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ciddi uğurlara nail olunub. Onun sözlərinə görə, əgər 2012-ci ildə 9-cu siniflərdə buraxılış imtahanlarında ölkə üzrə bütün şagirdlərin 50%-i (2 şagirddən biri) müsbət qiymət alırdısa, 2016-cı ilin nəticələrinə əsasən, bu rəqəm 69% olub.
M.Cabbarovun sözlərinə görə, bu dəyişiklik ildən-ilə artır və artım qəbul imtahanlarının nəticələrində də büruzə verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info