MDİ tanınmamış bəzi QHT-lərə qrant ayırmaqla əsl “işini” pərdələməyə çalışıb
Tarix: 16.03.2013 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Təşkilatın Bakı ofisinin nümayəndəsinin icazəsiz aksiyaya qatılması MDİ-nin aksiyanı maliyyələşdirməsi ilə bağlı şübhələr yaradır

Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkə daxilində sabitliyin pozulması, aksiyaların keçirilməsi üçün 2 milyon dollar pul xərcləməsi ilə bağlı yayılan xəbərlər geniş müzakirə predmetinə çevrilib. Qeyri-hökumət təşkilatı olan olan bir qurumun ölkə daxilində siyasi proseslərə qarışması, siyasi mübarizə üçün gizli maliyyə ayırması cinayət motivini özündə əks etdirməklə yanaşı, dövlətin daxili işlərinə qarışmaqdır.

Azərbaycan demkoratik inkişaf yolunu seçmiş ölkə kimi siyasi hüquqların, söz və mətbuat azadlığının təmin olunması istiqamətində böyük işlər həyata keçirib. Həmin işlərin nəticəsidir ki, bu gün Azərbaycan demokratik dəyərlərin təmin olunması istiqamətində əldə etdiyi nəticələrə görə bir çox dövlətlərə nümunə ola bilər. Bu gün Azərbaycanda siyasi partiyalar, qeyri-hökumət təşkilatları, mətbuat azad fəaliyyət göstərir və onların işinə dövlət tərəfindən heç bir maneçilik yaradılmır. Əksinə, dövlət azad sözün, azad mətbuatın daha da inkişaf etdirilməsi üçün mətbuata yardımlar ayırır. Eləcə də, QHT sektoru da bu yardımlardan kənarda qalmayıb. Vətəndaş cəmiyyətinin ən önəmli elementlərindən biri olan QHT sektorunun inkişafı dövlətin daimi diqqət və qayğısı ilə əhatə olunub. Bir çox xarici QHT-lər də Azərbaycandakı demokratik mühitdən yararlanaraq sərbəst şəkildə fəaliyyət göstərirlər. Amma bəzən elə də olur ki, həmin QHT-lər sənəd üzərində qeyd olunan məqsədlər üçün deyil, təmsil etdkiləri ölkələrin kəşfiyyat orqanları və bəzi qrupların sifarişlərinə uyğun fəaliyyət göstərirlər. Bu isə QHT-nin qanunsuz olaraq təmsil olunduğu ölkənin daxili işlərinə qarışmaq kimi qəbul edilir. Elə Milli Demokratiya İnstitutunun Azərbaycandakı ofisinin fəaliyyəti və onun rəhbərinin 2 milyon dollar xərcləməsi ilə bağlı xeyli şübhəli məqamlar var. Təşkilatın ötən il ərzində ictimaiyyətdə o qədər də tanınmayan bir çox təşkilata qrant ayırmasının özündə şübhəli məqamlar yetərincədir. Belə ehtimal etmək olar ki, tanınmamış bir neçə QHT-yə qrant ayırmaqla əslində MDİ əsl «işini» pərdələməyə çalışıb. Son vaxtlar taktiki dəyişikliyə gedən MDİ-nin Bakı ofisi əsas işini sosial şəbəkələr və gənclərə yönəldib. Elə Bakı ofisinin nümayəndəsinin paytaxtın mərkəzində keçirilən icazəsiz aksiyaya qatılması və ön sırada dayanması MDİ-nin aksiyanı maliyyələşdirməsi ilə bağlı şübhələr yaradır. Aksiyadan öncə 3 gəncin evindən çıxan «Molotov kokteyli», narkotik maddə və külli miqdarda pul 2 milyon dolların hara xərclənməsi ilə bağlı bəzi ip ucları verir. Heç bir yerdə işləməyən, sosial şəbəkə vasitəsilə təşkilatlanan gənclərin bu qədər vəsaiti, narkotik maddəni haradan əldə etməsi ortaya xeyli suallar çıxarır. Deməli, onları maliyyələşdirən qüvvələr var. Nəzərə almaq lazımdır ki, MDİ-nin Bakı ofisi və şəxsən Aleks Qriqoryevs əsas diqqətini gənclərə və sosial şəbəkələrə yönəldib, onda həmin qüvvənin kimliyi qeyri-müəyyənlik qrifindən çıxmış olur. Bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur. Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr var. Belə nəticəyə gəlmək olur ki, sosial şəbəkələr vasitəsilə gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılır. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün oradan xaric ediliblər. Hazırda isə qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Elə haqqında söhbət etdiyimiz Aleks Qriqoryevs Ukrayna, Moldova, Gürcüstandakı fəaliyyəti ilə «məşhurdur». Xatırladaq ki, bu şəxs 2009-cu ildə Moldovada iğtişaşlar həyata keçirməyə cəhd etdiyinə görə ölkədən qovulub. Litva və ABŞ vətəndaşlığı olan bu şəxs Kişinyovun mərkəzində iğtişaşlar törədilməsini təşkil etməkdə itttiham edilib və şəhər məhkəmələrindən biri onun ölkədən qovulması ilə bağlı qərar verib. Yəni fəaliyyət göstərdiyi ölkələrdə «demokratiya»nın inkişafı istiqamətində necə «fəaliyyət» göstərməsi ilə bağlı yetərincə fakt var. Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutunun Rusiyadakı ofislərinin də məhz bu səbəbdən bağlanması da müəyyən nəticəyə gəlmək üçün əsas verir. «Exo Moskva» radiostansiyasının saytında yayılmış informasiyada qeyd edilir ki, Beynəlxalq Respublikaçılar İnstitutu və Milli Demokratiya İnstitutunda NATO və Mərkəzi Kəşfiyyat İdarələrinin keçmiş generalları təmsil olunurlar. Həmin xəbərdə qeyd edilir ki, qeyd edilən institutlar Navalnı və Nemtsovun simasında Rusiyada inqilab etmək istəsələr də alınmayıb. Rusiyada belə tipli QHT-lərin xarici agent kimi qeydiyyata alınması ilə bağlı qanunun qəbulundan sonra həmin institutların Moskva ofisi heyətini Varşava və Litvaya köçürüb. Bu faktları sadalamaqda məqsədimiz MDİ-nin Bakı ofisinin rəhbərinin müəmmalı 2 milyon dollar məsələsinin və təşkilatın nümayəndəsinin qanunsuz aksiyalara qatılmasının ciddi şəkildə araşdırılmasının vacib olduğunu diqqətə çatdırmaqdır. Belə hallar cəmiyyətdə ciddi narahatlıq yaradır və ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
Anar MIRIYEV




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info