Gürcüstanda türk əsgərlərinin qəbirləri aşkarlanıb
Tarix: 01.09.2016 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı bölgədə əsgərlərinin qəbirləri tapılıb. 
Azərbaycanlıların kompakt yaşadığı Axlı-Lələ kəndinin yaxınlığında “Osmanlı təpəsi” deyilən ərazidə ötən əsrin 1919-1921-ci illərə aid 30-dək türk əsgərinin qəbirləri olub.
 
Axlı-Lələ kənd orta məktəbinin müəllimi Sabir Quliyev isə 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Borçalıdan keçdiyini bildirib: “Türk əsgərləri bolşeviklərlə mübarizədə yorulmuş, aclıqdan taqəti qalmamışdı. 1919-cu ildə onlar Debed çayını keçərək kəndimizin cəngəlliklərlə örtülmüş “Qovu” adlı ərazisində məskən salıblar. Onların sayı 100-120 nəfər olub. Bir müddət keçdikdən sonra əsgərlərdən təxminən 30-dək əsgər xəstəlikdən ölüb. Onlar kəndimizdə dəfn edildikdən sonra komandir at belində xurcunlarla dolu torpaq daşımağı əmr edib. Yaradılan böyük təpəyə “Osmanlı təpəsi” adı qoyulub. Kəndin üst tərəfində sıralanan dağlardan süzülən sulardan isə əsgərlər “Pınar” bulaq yaradıblar”.
 
Axlı-Lələ kəndinin yaşlı sakinlərinin dediyinə görə, 1988-ci illərədək bu təpədə hündür qəbir daşları olub və kimlərsə onları tədricən yox edib. İndi həmin təpədən çoxlu sayda insan sümükləri və əsgər paltarları çıxır.
 
Artıq məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü məlumatlandırılıb. 




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info