Azərbaycan parlament nümayəndə heyəti Polşada səfərdədir
Tarix: 01.09.2016 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, avqustun 30-31-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin parlament rəhbərlərinin görüşü keçirilib. Görüşdə ölkəmizi Milli Məclis sədrinin müavini Valeh Ələsgərov təmsil edib.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov çıxışında ölkəmizin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışıb.
Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs edib. O, Azərbaycanın Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata keçirməsindən, investisiya yatırımlarından danışıb. Xüsusilə qeyd edilib ki, rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabərhüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə əməkdaşlığa hazırdır.
Valeh Ələsgərov çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də danışıb. Bildirilib ki, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu işğal olunub, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan öz doğma yurd-yuvalarından didərgin düşüb, ölkə ərazisinin 20 faizi zəbt edilib. O, Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirib.
Səfər çərçivəsində Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşüb.
Söhbət zamanı vitse-spiker Varşavada belə bir tədbirin təşkili və dəvətə görə Polşa tərəfinə öz təşəkkürünü bildirib.
Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.
Keçirilən tədbirlərdə ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info