“Ermənistanda 302 uşaq ağır sosial vəziyyətə görə məktəbə gedə bilməyəcək”
Tarix: 02.09.2016 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Ermənistan Təhsil Texnologiyaları üzrə Milli Mərkəzi, bu il 302 nəfərdən artıq uşağın sosial problemlərə görə məktəbə gedə bilməyəcəyini və ya ibtidai təhsillərini yarımçıq tərk edəcəyi barədə məlumat yayıb.
“Armenpress” qeyd edir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Ötən il təhsildən kənarda qalan 250-dən artıq məktəbyaşlı uşağın təqribən 143 nəfəri ağır sosial şərait üzündən təhsildən kənarda qalmışdı. Erməni jurnalistləri ilə görüşdə bu faktı şərh edən hakim Respublikaçılar Partiyasından olan deputat Ruzanna Muradyan deyib: “Əgər göstərilən statistika reallığı əks etdirirsə, bu, həqiqətən, çox narahatedici amildir və bir pedaqoq kimi məni çox məyus edir”. Vaxtilə uşaqlar üçün xüsusi əməliyyat prosedurunun mövcud olduğunu, təhsildən yayınan uşaqların məktəbə qaytarılması, bunun səbəblərini müəyyən edərək bu istiqamətində iş aparan qurumun mövcud oduğunu xatırladan deputat bu sahədə vəziyyətin yenidən sistemləşdirməyə ehtiyac olduğunu bildirib. "Salam, İrəvan” fraksiyasının üzvü Anait Baxşyanın fikrincə, məktəbyaşlı uşaqlar ilk olaraq yerli hakimiyyət orqanlarının və məktəb direktorlarının nəzarətindən kənarda qalmamalıdır: “Məktəb direktorları, təhsildən yayınan uşaqların evlərində olub problemin kökünə varmağa çalışmalıdırlar. Bununla yanaşı, cəmiyyət də diqqətli olmalı və bu məsələ ilə bağlı narahatlığını göstərməlidir”. Sadalanan faktlar göstərir ki, Ermənistanda təhsildən yayınmanın başlıca səbəbi erməni ailələrinin ağır sosial vəziyyətidir. Bu problemin kökünü isə ölkə rəhbərliyinin apardığı işğalçılıq siyasətində axtarmaq lazımdır. Erməni ekspertlərinin etirafına görə, Ermənistan artıq dünyada borc hesabına yaşayan dövlət kimi tanınmaqdadır. Onların qeyri-rəsmi məlumatlarına görə, ölkənin son iki ilin yığılan borcu artıq iki milyard dolları ötməkdədir. Ölkə iqtisadi siyasətini yalnız kredit hesabına həyata keçirir. Xatırladaq ki, bu da son illər ölkə üçün böyük çətinliklər hesabına başa gəlir. Lakin Ermənistan mövcudluğunu qorumaq üçün bu addımı atmaq məcburiyyətindədir. Çünki Ermənistan xarici borc olmadan, problemlərini həll etmək iqtidarında deyil. Alınan xarici borc və kreditlər Ermənistanın boynundan asılmış bir yükdür və bu yük təhsildən yayınan uşaqlarla yanaşı, elə təhsil alan uşaqlar üçün də “mirasdır”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info