Avropa təhsillə bağlı “sinifdə qaldı”
Tarix: 02.09.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Müxtəlif ölkələrin təhsil sistemində fərqli cəhətlər, əsasən, mənfi amillərlə özünü göstərməkdədir. Belə ölkələrdən biri Əfqanıstandır ki, hələ 2011-ci ildə Taliban rejimi devrilənə qədər burada qızların məktəbə getməsinə icazə verilmirdi. Yalnız 10 il sonra ibtidai sinif yaşındakı qızların 74 faizi davamlı olaraq məktəbə getməyə başlayıb. Yaponiya məktəb sistemi dünyanın ən yaxşılarından biri kimi qəbul edilir. Lakin araşdırmalara görə, Yaponiya şagirdlərə göstərilən təzyiqlərlə bağlı məşhurdur. Braziliyadakı məktəblərin təhsil keyfiyyəti özəl məktəblərə nisbətən olduqca aşağıdır. ABŞ-a gəldikdə isə 2015-ci ilin məlumatına görə, qaradərili və Latın amerikalı şagirdlərin əksəriyyəti ağdərili şagirdlərdən daha aşağı dərəcəli məktəblərdən məzun olurlar. Çilidə isə təhsil sistemi, demək olar ki, tamamilə özəldir, bununla bağlı bir çox ailə uşaqlarını oxuda bilmir.

İtalyanların 64 faizi təhsil sistemindən narazıdır

Bugünlərdə “IFOH” şirkəti tərəfindən aparılan araşdırma nəticəsində Avropadakı təhsil sistemi ilə əlaqədar maraqlı nəticələr ortaya çıxıb. Araşdırmaya görə, İtaliya xalqının 64 faizi, fransızların 63, almanların 54 faizi ölkələrindəki ibtidai təhsil və orta təhsil sistemindən məmnun deyil. Fransızların yalnız 28, italyanların 31 və almanların 41 faizi mövcud təhsil sistemindən məmnun olduğunu ifadə edib. Bu suala “bilmirəm” cavabını verənlərin nisbəti Fransada 9, İtaliya və Almaniyada isə 5 faiz olub.
Anket sorğusunda iştirak edən həm 18-34 yaş qrupuna aid (62 - 33 faiz), həm də 35 yaşdan yuxarı (65- 30 faiz) italiyalı ibtidai təhsil və orta təhsil sistemindən məmnun deyil. Hər iki yaş qrupuna aid anket iştirakçılarının 5 faizi mövzuyla əlaqədar “bilmirəm” cavabını verib.
Fransada isə sorğu iştirakçılarından 35 yaşdan aşağı olanların 53 faizi təhsil keyfiyyətindən məmnun olmadığını ifadə edib, 37 faizi isə təhsil sisteminin keyfiyyətindən məmnun, bu sualı cavab verməkdə çətinlik çəkənlərin nisbəti isə 10 faiz olub. Məmnun olmayanların nisbəti 35 yaşdan yuxarı olanlar arasında daha da yüksək olub və 66 faizə çatıb. Bu yaş qrupunda cavab verə bilməyənlər isə 9 faiz olub.

Qadınlar və kişilər arasında böyük fərq

Almaniyada qadınlar ilə kişilərin cavabları arasında olduqca böyük bir fərq müşahidə edilir. Anketə qatılan alman qadınların 57 faizi məmnun olmadığını, 38 faizi məmnun olduğunu və 5 faizi cavab verə bilmədiyini söyləyib. Kişilər arasında bu nisbətlərə gəldikdə isə bu 50, 45 və 5 oldu. 35 yaşdan aşağı iştirakçıların yarısı təhsil keyfiyyətindən məmnun olduğu halda, 47 faizi məmnun olmadığını irəli sürüb, yalnız 3 faizi “bilmirəm” cavabını verib. 35 yaşdan yuxarı iştirakçılar arasında mövzu ilə bağlı mənfi cavab verənlər 56 faiz, məmnun olanların nisbəti 38 və bilməyənlərin isə 6 faiz olub.

Ən yüksək faiz Berlində

Qərbi Almaniyada yaşayanların 51 faizi təhsil sistemindən məmnun deyil, 44 faizi razıdır, 5 faizi isə cavab verə bilməyib. Şərqi Almaniyada isə məmnun olmayanların nisbəti daha yüksək olduğu halda (61 faiz), məmnun olanların nisbəti 33 faiz olub. Amma məmnun olmayanların ən yüksək nisbətinin (74 faiz) Berlində olduğu ortaya çıxıb. Berlində yaşayanların 24 faizi təhsil sistemindən məmnun olduğunu bildirdiyi halda, 2 faizi "bilmirəm" cavabını verib.

ABŞ-dan Somaliyə
64 milyon dollarlıq dəstək


Amerika Birləşmiş Ştatlarının təhsilə dəstək məqsədiylə Somaliyə 64 milyon dollar yardım edəcəyi bildirilib. Somali rəsmi xəbər agentliyi olan SONNA-nın xəbərinə görə, Somali hökuməti ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi arasında 64 milyon dollarlıq yardım razılaşması imzalanıb. Razılaşmaya əsasən, Somali hökumətinə bağışlanacaq vəsait, təhsil sektorunu yaxşılaşdırmaq və inkişafı dəstəkləmək üçün istifadə ediləcək. İlk mərhələdə təhsil sistemini inkişaf etdirmək üçün Somaliyə 17 milyon dollar göndəriləcəyi qeyd edilib. Dünyanın ən yoxsul ölkələri arasında yer alan Somali, təhsil sektorunun yaxşılaşdırılması üçün böyük dəstəyə ehtiyac duyur.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info