“Azərbaycanlı həkimlərin sayəsində həyatdayam”
Tarix: 02.09.2016 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


“Qəbələ Qafqazın kiçik şəhərlərindən biridir. Orada işləmək mənə böyük təcrübə qazandırdı”.
Bu sözləri “Qəbələ”nin sabiq idman direktoru Toni Adams deyib. “Arsenal”ın əfsanəvi futbolçularından olan Adams hazırda Çinin “Çonqqinq Lifan” klubunda gənclərin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır. Yeni işi ili bağlı xarici mətbuata açıqlama verən 50 yaşlı mütəxəssis Çində olmaqdan məmnunluğunu bildirib: “Çonqqinq Lifan”da problemlər çoxdur. Ancaq müəyyən müddətə qədər bu problemləri aradan qaldırmaq olar. Lazımi tədbirlər görəcəyik. Məqsədimiz 3-5 ilə stabil komanda formalaşdırmaqdır. Bundan sonra çempionatda yüksək yerlər uğrundan mübarizə apara bilərik. İngiltərəli mütəxəssis Çin mətbəxi haqda da danışıb: “Çində qərb restoranları var. Bundan başqa, istədiyim hər şeyi dükanlardan ala bilirəm. Buna görə də heç bir problemlə üzləşmirəm”. Ötən il Bakıda ürəyindən əməliyyat olunan Adams səhhətinin yaxşı olduğunu qeyd edib: “Azərbaycanda əməliyyat olundum. Çox gözəl başa düşürəm ki, həkim Üzeyir Rəhimov və onun Bakıdakı tibbi komandası olmasaydı, indi burda deyildim”.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info