Sağlamlıq imkanları məhdud uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən əziyyət çəkir
Tarix: 02.09.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən, 30 faizi dayaq hərəkət sistemi xəstəliklərindən, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10 faizi müxtəlif xəstəliklərdən əziyyət çəkir. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, 2015-ci ildə mərkəzə ilk dəfə müraciət etmiş 98 xəstə daxil olub. Bu ilin ilk 6 ayında isə bu göstərici 88 nəfər təşkil edib. Mərkəzə daxil olmuş xəstələr qeydiyyata götürülərək hər iki aydan bir müalicə kursu keçirlər. Ötən ilin yanvar-iyun aylarında mərkəzə 19661 gəliş qeydə alınıbsa, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 20612-yə çatıb. Səhiyyə Nazirliyinin 2014-2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində mərkəzə daxil olan 1 yaşına qədər uşaqların sayının əvvəlki illə müqayisədə 40 faiz artması müşahidə olunur.
Uşaq Bərpa Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Hər bir xəstənin yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı olan xəstəlikləri nəzərə alınır. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələdə bərpa-müalicə kursu keçirlər. Burada valideynlərlə də iş aparılır. Belə tədbirlərdən biri kimi Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Bərpa Müalicə Mərkəzində keçirilən “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsini qeyd etmək olar. Layihədə mərkəzdə müalicə olunan sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynlərı iştirak ediblər.
Uşaq Bərpa Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, bu uşaqların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da önəm verilir. Belə ki, mərkəzdə təşkil olunmuş rəsm terapiyası kursu keçən xəstələr Azərbaycan Rəssamlıq Akademiyasında “Mənim rəngli dünyam” adlı sərgidə iştirak ediblər. Əlində fırça tuta bilməyən xəstələr barmaqlarını rəngə batıraraq yaratdıqları rəsmlərdə öz arzularını ifadə ediblər. Bundan əlavə, Səhiyyə Nazirliyinin və Azərbaycan Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə mərkəzdə boçço oyunu üzrə dərnək təşkil edilib.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
Əsaslı emal olunmuş məhsullardan uzaq durun!
21.05.2019
Arterial təzyiqi aşağı salan 7 ədviyyat
19.05.2019
Səhiyyə Nazirliyi: Hazırda ölkədə qrip xəstəliyi yoxdur
17.05.2019
Azərbaycanda 110 mindən çox insan qızılcaya qarşı peyvənd edilib
12.05.2019
Bu gün Beynəlxalq Tibb Bacısı Günüdür

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info