“Rio Olimpiadasında qazanılan 18 medalın yarısı güləşçilərimizin payına düşür”
Tarix: 02.09.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


“Güləşçilərimizin “Rio-2016” Yay Olimpiya Oyunlarındakı çıxışını uğurlu hesab etmək olar. “London-2012”-də 7 medal qazanan pəhləvanlarımız Rio-de-Janeyroda 9 medala sahib olublar”.
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev AZƏRTAC-a müsahibəsində bildirib. Olimpiya Oyunlarında Avropa və Dünya çempionatlarından fərqli olaraq sürprizlərin daha çox yaşandığını vurğulayan Namiq Abdullayev deyib: “Güləşçilərimiz çalışdılar ki, qızıl medala sahib olsunlar. Mariya Stadnikin son saniyələrdə qızıl medalı əldən verməsi bizi çox təəssüfləndirdi. Xetaq Qazyumov da qızıl medala iddialı idi. Amerikalı güclü rəqibinə qalib gələn Xetaq finalda məğlub olaraq gümüş medalla kifayətləndi. Bu, idmandır, qələbə sevinci ilə yanaşı, məğlubiyyət hissi də olur. Buna baxmayaraq, hər iki güləşçimiz ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer almağı bacardılar. Bu nailiyyət ölkəmizdə güləşin inkişafından xəbər verir”. Hacı Əliyevin də Olimpiya qızılına iddialı olduğunu diqqətə çatdıran vitse-prezident bildirib ki, Cəbrayıl Həsənovun da böyük potensialı var idi. İnanıram ki, buraxılan səhvlər qarşıdakı yarışlarda, əsəsən də 2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında aradan qaldırılacaq. Onlar hələ cavandırlar və Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizə aparmaq iqtidarında olan güləşçilərdir. Azərbaycan xalqı Toğrul Əsgərovdan ikiqat Olimpiya çempionluğu gözləyirdi. Təəssüf ki, onun zədələnməsi buna imkan vermədi. Buna baxmayaraq, Toğrulun qazandığı gümüş medal böyük nəticədir. “Pəhləvanlarımızın Olimpiya Oyunlarına hazırlığı və bu mötəbər tədbirdə iştirakı üçün Azərbaycan Güləş Federasiyası tərəfindən lazımi şərait yaradılmışdı. Qazanılan nəticədə peşəkar komandanın əməyini xüsusi vurğulamaq istərdim. Federasiyanın prezidenti Fazil Məmmədov, birinci vitse-prezident Namiq Əliyev mütəmadi olaraq güləşçilərimizin hazırlığı ilə maraqlanırdılar. Azərbaycan millisinin Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı 18 medalın 50 faizi güləşçilərimizin payına düşür. Ümid edirəm ki, güləşçilərimiz “Tokio-2020”-də daha uğurla çıxış edib bizləri sevindirəcəklər”, - deyə Namiq Abdullayev vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info