Regionlardakı mədəniyyət işçilərinə güzəştlər edilməsi təklif olunur
Tarix: 16.03.2013 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə həsr olunmuş “Regionlarda mədəniyyət və turizm: 2012-ci ilin yekunları” mövzusunda ümumrespublika müşavirəsi keçirilib.
Müşavirənin məqsədi mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində 2012-ci il ərzində görülən işlərin təhlil edilməsi, regionlarda müvafiq sahələrdə mövcud problemlərin və onların həlli yollarının müzakirəsi, nazirliyin yerli orqanlarının işinin təkmilləşdirilməsindən ibarətdir. Tədbirdə şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin əməkdaşları iştirak ediblər.
Mədəniyyət və Turizm Nazirliyi regionlarda mədəniyyət sahəsində çalışan ixtisaslı mütəxəssislər üçün müxtəlif güzəştlərin tətbiqini, paytaxtdan uzaq bölgələrin mədəniyyət müəssisələrinə dövlət ali və orta ixtisas təhsili müəssisələri tərəfindən təyinat mexanizminin qismən bərpa edilməsini təklif edir. Bunu mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev müşavirədə deyib. O bildirib ki, bəzi rayonlarda ali təhsilli kitabxana və klub işçilərinə, musiqi müəllimlərinə böyük ehtiyac yaranıb. Ayrı-ayrı məktəblərin rayon mədəniyyət və turizm şöbələri qonşu şəhərlərdən mütəxəssislər cəlb etməklə problemi aradan qaldırmağa çalışırlar. Ancaq bu mühüm problemin həlli üçün kompleks tədbirlər görülməlidir. Bunun üçün regionlarda mədəniyyət sahəsində çalışan ixtisaslı mütəxəssislər üçün müxtəlif güzəştlər tətbiq edilməli, paytaxtdan uzaq bölgələrin mədəniyyət müəssisələrinə dövlət ali və orta ixtisas təhsil müəssisələri tərəfindən təyinat mexanizmi qismən bərpa edilməlidir. Nazir müavini deyib ki, rayonlarda ən ehtiyac duyulan mütəxəssislər barədə məlumat bankı yaradılmalıdır.
Vaqif Əliyev bildirib ki, şəhər və rayonlarda çalışan 33 143 nəfər mədəniyyət işçisinin yalnız 12 faizi ali təhsillidir. Onun sözlərinə görə, regionlarda çalışan mədəniyyət işçilərinin 39 faizi orta təhsillidir. Ali təhsillilər arasında regionlarda ən aşağı vəziyyət Daşkəsəndədir. Burada işçilərin cəmi 3 faizi ali təhsillidir. Ağsu, Astara, Bərdə, Lerik və Tovuz rayonlarında isə bu göstərici təxminən 6 faiz təşkil edir. Əliyev deyib ki, Azərbaycanın bir sıra şəhərlərində də bu problem özünü göstərir. Bu istiqamət üzrə Şəki, Mingəçevir şəhərlərində mədəniyyət işçilərinin təqribən 5-6 faizi ali təhsillidir. Nazir müavinin sözlərinə görə, bu məsələ ilə bağlı ən yüksək göstərici Abşeron rayonundadır. Burada çalışan mədəniyyət işçilərinin 24 faizi ali təhsillidir. Sumqayıt, Gəncə şəhərlərində, Salyan rayonunda ali təhsilli mədəniyyət işçilərinin göstəricisi 22-23 faizdir. Əliyev deyib ki, regionlarda çalışan mədəniyyət işçiləri arasında gənclərin sayı o qədər də yüksək deyil. Onun sözlərinə görə, 30 yaşadək gənclər mədəniyyət işçilərinin cəmi 24 faizini təşkil edir. Bu rəqəm 50-65 yaşlı mədəniyyət işçilərinin göstəricisinə təqribən bərabərdir. Respublikada mədəniyyət sahəsində çalışan gənclərin sayının ən çox olduğu yer Salyan rayonudur. Burada gənc mədəniyyət işçilərinin sayı 67 faizdir. Əliyev deyib ki, müəyyən hallarda regionlara işə qəbul zamanı namizədin təhsil səviyyəsi və bacarığı nəzərə alınmır. “Ancaq bu cür hallar istisna təşkil edir. Etiraf etmək lazımdır ki, ali təhsilli gənclər rayonlarda, xüsusilə uzaq bölgələrdə çalışmağa həvəs göstərmirlər”-deyə nazirin birinci müavini bildirib.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə bildirib ki, mədəniyyət və turizm şöbələrində ali və orta ixtisas təhsilli işçilərin sayının azalması müşahidə edilir. Bunlardan çox narahat olduqlarını deyən Ə.Qarayev qeyd edib ki, bütün bunlara baxmayaraq, regionlarda yerləşən müəssisələr çox böyük məsuliyyətlə çalışır, insanların tələbatlarına uyğun yeniliklər tətbiq edirlər.
Xəyalə ƏLIAĞAQIZI




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info