Bu il 50 min hektar ərazidə pambıq əkilib
Tarix: 02.09.2016 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


Respublikada pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, 2016-cı il pambıq əkini mövsümü üçün əkin sahəsi olaraq 50 min hektar hədəf götürülüb. Kənd təsərrüfatı sahələrinin inkişafına kömək məqsədilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə işçi qrup yaradılıb, proses daima koordinasiya edilib.
Aidiyyəti nazirlik və dövlət təşkilatları, rayon icra hakimiyyətləri, pambıqçı şirkət və fermerlərin birgə səyi nəticəsində 50 min hektardan artıq sahədə səpin aparılıb və yüksək çıxış alınıb. Prezidentin pambıqçılara göstərdiyi qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər, "Aqrolizinq ASC" vasitəsilə gətirilən texnikaların (traktor, kombayn, müxtəlif qoşqular, toxumsəpən, gübrəsəpən, dərmançiləyən, tandem disk, lafetlər və s.) güzəştli şərtlərlə satılması fermerlərin daha çox qazanc əldə etməsi ilə nəticələnir. "Aqrolizinq ASC" tərəfindən təchizatı nəzərdə tutulan müasir suvarma sistemlərinə də güzəşt tətbiq edilməsi nəzərdə tutulur.
Avqustun 30-da pambığın yığıma hazırlıq vəziyyəti ilə tanış olmaq üçün işçi qrup Saatlı rayonuna səfər edib. İşçi qrupun rəhbəri, Prezidentin İqtisadi İslahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və "MKT İstehsalat Kommersiya" MMC-nin rəhbəri Bəhruz Camalov fermerlərlə görüşüb, bir neçə pambıqçı fermerin sahələrinə baxış keçiriblər. "MKT İstehsalat Kommersiya" MMC-nin müqavilə bağladığı sahəyə baxış zamanı 40 sentner məhsul gözləntisi müşahidə olunub ki, bu da çox böyük göstəricidir.
2016-cı il mövsümündə Saatlı rayonunda 8 min hektardan artıq sahədə pambıq əkilib. Onun da 3 min 500 hektarı "MKT İstehsalat Kommersiya" MMC tərəfindən əkilib. Hazırda pivot-müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı yeni layihələr üzərində işlər aparılır. Pivot sistemlərinin tətbiqi sudan istifadəyə qənaət etməklə yanaşı, məhsuldarlığın artmasına səbəb olur. Hazırda əkilməyən sahələrin əkinəyararlı vəziyyətə gətirilməsi prioritet vəzifələrdəndir.
Qeyd edək ki, "MKT İstehsalat Kommersiya" MMC pivot suvarma sistemlərinin tətbiqində böyük təcrübəyə malikdir. Hazırda ölkə üzrə əkilmiş pambığın 5921 hektarı pivot suvarma sistemi tətbiq etməklə əkilib ki, onun da 4521 hektarı "MKT İstehsalat Kommersiya" MMC-nin payına düşür.

Ağsuda pambıq yığımına başlanılıb
Bir neçə gündür Ağsu rayonunda pambıq yığımı kampaniyasına başlanılıb.
Rayon kənd təsərrüfatı idarəsinin məlumatına görə, bu mövsümdə bölgədə 1092 hektarda pambıq yetişdirilib. Prezident İlham Əliyevin bölgələrdə ənənəvi sahələrin, o cümlədən strateji məhsul olan pambıqçılığın inkişafı ilə əlaqədar verdiyi tapşırıqlar, göstərilən dövlət dəstəyi sahibkarlarda aqrar sektorun bu sahəsinə marağı artırıb.
Məhsul yığımı ilk günlərdən sürətlə və itkisiz aparılır. Bir neçə gündə 13 tondan çox pambıq yığılıb. Pambıq yığımı kampaniyası Qaraqoyunlu, Ərəbmehdibəy, Bozavand, Çaparlı, Ərəbuşağı ərazi vahidlərində daha mütəşəkkil aparılır.

Yevlax pambıqçıları
məhsul yığımına hazırlaşırlar

Yevlax rayonunda pambıqçılıqla məşğul olan fermerlər məhsul yığımına hazırlaşırlar. Yevlax rayonunda bu il 1435 hektar sahədə pambıq becərilib. Bu da ötən ildəkindən 477 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə müqavilə əsasında becərirlər.
“MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialının aqronomu Məzahir Mahmudov deyib ki, 805 hektar sahədə pambıq becərilməsi üçün 85 fermerlə müqavilələr bağlanıb. Müqaviləyə əsasən, fermerlərə indiyədək 328 min 906 min manat avans vəsait verilib. Fermerlər texnikalarla, toxum, gübrə və kimyəvi preparatlarla təmin ediliblər.
Pambığın becərilməsində suvarma, gübrələmə, kultivasiya, zərərvericilərə və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair kimi aqrotexniki tədbirlər vaxtında həyata keçirilib. Hazırda pambıq tarlalarında becərmə başa çatmaq üzrədir. Məhsulu itkisiz və tez bir zamanda yığmaq üçün bir neçə gündən sonra pambığın yarpaqlarının kimyəvi yolla tökdürülməsinə (defoliasiya) başlanılacaq. Pambıq yığımına isə iki həftədən sonra start veriləcək.
Kövər kənd sakini Fikrət Nəbiyev yevlaxlı fermerlərin pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə böyük həvəslə qoşulduğunu deyib: “MKT İstehsalat Kommersiya” MMC ilə müqavilə əsasında 5,5 hektarda çiyid səpmişəm. Türkiyədən gətirilmiş məhsuldar toxumla, həmçinin gübrə, dərman və texnika ilə təmin edilmişik. Hazırda son becərmə işləri aparırıq. Hesab edirəm ki, hər hektardan orta hesabla 30 sentnerdən artıq məhsul götürəcəyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info