“The Telegraph”: “Qarabağ Azərbaycan ərazisidir”
Tarix: 02.09.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Britaniya qəzeti:
“Qarabağ atları dünyada xüsusi əhəmiyyətə malik nadir cinslərdəndir. Azərbaycanın milli sərvəti olan bu atlar qədim dövrlərdən uzun təkamül yolu keçərək Qarabağda formalaşıb”

Britaniyanın “The Telegraph” qəzetində Azərbaycanın turizm potensialından bəhs edən geniş məqalə dərc olunub. “Azərbaycan haqqında möhtəşəm faktlar” sərlövhəli məqalədə əvvəlcə ölkəmizin milli mətbəx nümunələri haqqında məlumat verilir.
Daha sonra məqalənin müəllifi, məşhur səyyah yazıçı Hazel Pluş ölkəmizin qədim tarixindən bəhs edərək Azərbaycanın dünyada ilk insan məskənlərindən biri olduğunu qeyd edib. Azərbaycanın səfalı guşəsi Qarabağdan bəhs edən müəllif bu ərazinin hazırda münaqişə zonası olmasına baxmayaraq, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanındığını vurğulayır. Diqqətə çatdırılır ki, Qarabağ atları dünyada xüsusi əhəmiyyətə malik nadir cinslərdəndir. Azərbaycanın milli sərvəti olan bu atlar qədim dövrlərdən uzun təkamül yolu keçərək Qarabağda formalaşıb. Azərbaycan çayından bəhs edən Hazel Pluş ölkəmizdə insanların çay içməyi xoşladığını və sosial tədbirlərdə çayın özünəməxsus yerinin olduğunu qeyd edir. Məqalədə Azərbaycan ədəbiyyatından söhbət açan müəllif məsəllərimizin maarifləndirici və dərin mənalara malik olduğunu diqqətə çatdırır. Neft daşları haqqında məlumat verən H.Pluş buranın əsasının neft çıxarılması ilə əlaqədar olaraq 1949-cu ildə qoyulduğunu qeyd edir. Ölkəmizin təbii sərvətləri barədə yazan müəllif məşhur səyyah Marko Polonun əsərlərində Azərbaycandakı “Yanar Dağ” haqqında məlumat verildiyini bildirir. Yazıda, həmçinin Azərbaycanda qeyri-neft sektorunun inkişafı haqqında danışılır. Ölkəmizin memarlıq abidələri və şəhər arxitekturasından bəhs edən müəllif Heydər Əliyev Mərkəzinin dünyada nadir memarlıq incilərindən olduğunu vurğulayır. Bundan başqa, məqalədə Azərbaycanda mədəniyyətin, xüsusilə xalçaçılığın, musiqinin, incəsənətin inkişafı ilə bağlı fikirlərə də yer verilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info