“Xəbərdarlıq edilsə də, silahlı şəxslər tabe olmadı və atışma baş verdi”
Tarix: 02.09.2016 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı şahid qismində sualları cavablandırıb

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Ceyhun İmamverdiyev şahid qismində sualları cavablandırıb. O bildirib ki, təqsirləndirilən şəxslərə saxlanılan zaman və istintaq müddətində işgəncə verilməyib. Vəkil Yalçın İmanov Taleh Bağırovun olduğu evin həyətinə əlavə mühafizə qüvvələrinin daxil olub-olmamasını soruşub. O, əlavə qüvvələr görmədiyini deyib.
Şahid, Etibar İsmayılovun əlində xəncər olduğunu, üzərindən qumbara çıxdığını bildirib. E. İsmayılov isə üzərində silah olmadığını deyib. Taleh Bağırov isə şahidin ifadələrinə müdaxilə edərək, “Burada insanların həyatı həll olunur. Necə ola bilər ki, qaçan adamın başında olan ağ tükləri də görmüsünüz?” deyə bildirib. C.İmamverdiyev nəyi görübsə, onu da söylədiyini deyib. İclasda təqsirləndirilən Şamil Abduləliyevin vəkili onun ev dustaqlığına buraxılması, vəkil Nemət Kərimli isə şahid Elçin Tağıyevin psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, E. Tağıyev suallara cavabları xatırlamadığını deyib. Dövlət ittihamçısı isə vəsatətlərin təmin edilməməsini istəyib. Bildirib ki, E. Tağıyev geniş ifadə verib. Ziddiyyətli hissələrdə ifadəsi elan edilib.
Nəyisə xatırlamırsa bunu belə qiymətləndirmək düzgün deyil. Bu, təbii haldır. Şamil Abdüləliyevlə bağlı olan vəsatətə münasibət bildirərərkən isə prokuror bildirib ki, onunla bağlı ekspertiza təyin edilib. Həmin ekspertizanın rəyi alınmadığı halda, vəsatət təmin edilə bilməz. Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim vəsatətləri təmin etmədiyini deyib. Daha sonra prosesdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahlar Cəfərov ifadə verib. O, ifadəsində bildirib ki, daxil olmuş məlumat əsasında Nardaranda T. Bağırovun yaşadığı evdə əməliyyat tədbiri keçiriblər. Onun sözlərinə görə, əməliyyat zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, evdə olan şəxslər onlara tabe olmayıblar və atışma baş verib. O, əlində silah olan Cabbar Cabbarovu zərərsizləşdirib. Zərər çəkmiş şəxs qismində tanınmış Şahlar Cəfərov ibtidai istintaqa ifadəsində göstərib ki, T.Bağırovun tərəfdaşları ilə birlikdə həyətdə girişdən sağ tərəfdə yerləşən evdə olması tam yəqin edildikdən sonra o və əməliyyat qrupunun digər üzvləri həyətə daxil olublar. Bu zaman evdə və həyətdə olan şəxslər həyətə daxil olmaqlarından xəbər tutaraq onlara atəş açmağa başlayıblar. Həmin şəxslərə atəş açmamaları barədə bir neçə dəfə xəbərdarlıq ediblər. Lakin buna baxmayaraq onlar tabesizlik göstərərək avtomat və tapançalardan polisləri atəşə tutmalarını davam ediblər. O, həyətdə polisləri tapança ilə atəşə tutmuş şəxsi yaxalamaq istədikdə həmin şəxs əl-qol hərəkətləri ilə müqavimət göstərməyə başlayıb. Buna görə də həmin şəxsə qarşı fiziki güc tətbiq edildikdən sonra onun müqavimətini qıraraq onu zərərsizləşdirib. Əlində olan bir ədəd tapançanı alıb, tapançanın sandıqçasına baxdıqda içərisinin boş olduğunu müşahidə edib. Atışma qurtardıqdan sonra isə hadisə yerinə hal şahidləri dəvət edilib və onun tərəfindən saxlanılmış şəxsin şəxsiyyəti müəyyənləşdirilərkən Cabbarov Cabbar Əmirxan oğlu olması məlum olub. Cabbar Cabbarov tapançanın özünə məxsus olduğunu, polisə qarşı istifadə etmək üçün əlində saxladığını, polisə silahlı müqavimət göstərmək barədə göstərişi isə onlara Taleh Bağırovun verdiyini bildirib. 26 noyabr 2015-ci il tarixdə Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı heç bir xəsarət almayıb.
Daha sonra o, proses iştirakçılarının suallarını cavablandırıb. Prokuror ondan atəş açan şəxslərin sayını bilib-bilməməsini, əlində silah olan adam görüb-görməməsini soruşub. Şahid bildirib ki, silahlı şəxslərin sayını dəqiq bilmir. Əlində silah olan şəxs isə görüb. Prokuror ondan C. Cabbarovu necə zərərsizləşdirilməsini soruşub. Şahid bildirib ki, C. Cabbarovun gülləsi qurtardığı üçün yaxınlaşıb onu zərərsizləşdirib. C. Cabbarov ona deyib ki, silah özünə məxsusdur. Vəkillərin suallarını cavablandıran Ş. Cəfərov bildirib ki, heç kimə işgəncə verməyib. Təqsirləndirilən şəxslər isə onlara işgəncə verən şəxslərdən birinin Ş. Cəfərov olduğunu iddia ediblər. Şahid onların dediklərini təkzib edib və heç kimə işgəncə vermədiyini bildirib. Proses sentyabrın 7-də davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info