Ötən ay ƏƏSMN-in “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı azalıb
Tarix: 02.09.2016 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Cari ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə əlaqədar 18460 müraciətin operativ şəkildə cavablandırılması təmin olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cavablandırılmış müraciətlərin 94,8 faizi və ya 17496-sı əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və digər məsələlərlə əlaqədar sorğu xarakterli müraciətlər olub. Araşdırılmasına ehtiyac olan müraciətlər isə müraciət vərəqəsi əsasında nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. 
“Çağrı mərkəzləri”nə daxil olan vətəndaş müraciətlərinin 30,9 faizi sosial təminat, 19,1 faizi nazirliyin elektron xidmətlərindən istifadə, 11,8 faizi əmək qanunvericiliyi, 8,6 faizi pensiya və müavinətlər, 7,9 faizi məcburi dövlət sosial sığortası, 7,5 faizi avtomatlaşdırılmış pensiya təyinatı, 7,1 faizi məşğulluğun təminatı, 4,8 faizi tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 2,3 faizi fərdi uçotun təşkili məsələlərinə aid olub.
Nazirliyin fəaliyyət istiqamətlərinə aid sahələrin elektronlaşdırılması nəticəsində iyul ayı ilə müqayisədə avqust ayında da “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında 7,7 faiz azalma qeydə alınıb. Bu azalma daha çox sosial təminat sahəsini əhatə edib. Belə ki, nazirliyin digər fəaliyyət sahələri kimi, sosial təminat sisteminin də elektron texnologiyalar üzərində şəffaflaşdırılması, bu sahədə xidmətlərin sosial cəhətdən həssas qruplara əlçatanlığının təmin edilməsi həmin sahə ilə bağlı müraciətlərin də getdikcə azalmasına səbəb olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri” tərəfindən nazirliyin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək qanunvericiliyi, sosial təminat, pensiya və müavinət təyinatı, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, məşğulluğun təminatı, sosial sığorta və s.) əlaqədar müraciətlərin operativ və dolğun şəkildə cavablandırılması təmin olunur. 

Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
“AccessBank“da vakansiya
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info